Beynəlxalq Vəhşi Təbiət Günü münasibətilə Bakı Zooloji Parkına ekskursiya
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri 3 mart – Beynəlxalq Vəhşi Təbiət Günü münasibətilə Bakı Zooloji Parkına ekskursiya ediblər.
Tələbələr zoopark ərazisində müxtəlif heyvan növləri ilə yaxından tanış olub, onların qorunması və saxlanma şəraiti barədə məlumat əldə ediblər.
Ekskursiya çərçivəsində xatirə şəkilləri çəkilib və tələbələr arasında mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Beynəlxalq Vəhşi Təbiət Günü dünyada flora və faunanın qorunmasına diqqət yönəltmək məqsədi daşıyır. Bu kimi təşəbbüslər isə gənclərin təbiətə olan həssaslığını artırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.