Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının magistrantları elmi-pedaqoji təcrübəyə başlayıblar
-lg.jpg)
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının magistrantları elmi-pedaqoji təcrübəyə başlayıblar.
Təcrübə çərçivəsində ilk dərsi kafedranın II kurs magistrantı Aynur İbrahimova “Sosial medianın əsas anlayışları” mövzusunda keçib.
Dərs zamanı sosial medianın müasir dövrdə ünsiyyətin ən vacib vasitələrindən birinə çevrildiyi qeyd olunub.
Bildirilib ki, sosial media platformaları insanlara bir-biri ilə əlaqə qurmaq, müxtəlif məlumatları paylaşmaq və fikir mübadiləsi aparmaq imkanı yaradır, istifadəçilər yalnız izləyici deyil, eyni zamanda məzmun yaradıcısı kimi çıxış edir və bu xüsusiyyət sosial medianı ənənəvi mediadan fərqləndirərək onu daha interaktiv mühitə çevirir.
Çıxış zamanı “Rəqəmsal yerlilər” və “Rəqəmsal gəlmələr” anlayışları izah edilib. Media nəzəriyyəçisi Marshall McLuhanın fikirlərinə toxunularaq onun “medium is the message” yanaşmasına istinad olunub və sosial medianın təkcə məzmunu deyil, həm də təqdimat formasını dəyişdirdiyi diqqətə çatdırılıb.
Sonda tələbələrlə müzakirə aparılıb, suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi edilib.