“Beynəlxalq informasiya mübadiləsi: Forma və metodlar” fənnində qonaq mühazirəçi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudovanın tədris etdiyi “Beynəlxalq informasiya mübadiləsi: Forma və metodlar” fənninə Çin Xalq Respublikasının Şərqi Çin Normal Universitetinin “Çin dilinin xarici dil olaraq tədrisi” ixtisası üzrə magistratura təhsili almaqda olan Samirə Məmmədova qonaq mühazirəçi qismində iştirak etmişdir.
Çinin Konfutsi İnstitutunun Bakı filialı ilə sıx əməkdaşlıq edən S.Məmmədova həmçinin Çin dilini xarici dil kimi öyrənmək istəyən şəxslərə öyrədir.
Samirə Məmmədova magistrantlara Çinlə Azərbaycan arasında beynəlxalq informasiya mübadiləsinin əhəmiyyəti və formaları haqqında ideyalarını paylaşmış, həmçinin öz təhsil təcrübəsini bölüşmüşdür. Sonda S.Məmmədova dərs iştirakçılarının çoxsaylı suallarını cavablandırmış, bəzi fikirlərə münasibət bildirmişdir.