Beynəlxalq Avrasiya Mətbuat Fondunda görüş
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) görüş keçirilib. Fondun prezidenti, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Umud Mirzəyev tələbələri salamlayaraq rəhbərlik etdiyi qurumun yaranma zərurəti, qarşılaşdığı çətinliklər, həyata keçirdiyi humanitar və media layihələri, eləcə də beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən bəhs edib. Sonra BAMF-ın 33 illik zəngin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
U.Mirzəyev jurnalistlik fəaliyyətinin ilk illərindən bu günədək gəldiyi yol, keçirdiyi maraqlı görüşlər, fondun xətti ilə xarici jurnalistlərin keçmiş münaqişə zonasına təşkil edilmiş səfərləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər mövzular
haqqında gələcəyin jurnalistlərinə ətraflı məlumat verib.
Görüş tələbələr üçün canlı müzakirə, fikir mübadiləsi və peşəkar tövsiyələr şəraitində keçib, onları maraqlandıran müxtəlif mövzulu suallar cavablandırılıb.