BDU-nun müəllimi Amerikada akademik tədqiqat proqramında iştirak edir
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərova Amerikada “ABŞ İnstitutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramında iştirak edir. ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən maliyyələşən qısa müddətli təhsil proqramının birinci hissəsi Arizona ştatının Feniks şəhərindəki Arizona Dövlət Universitetində təşkil edilib.
A.Cəfərova Arizona Dövlət Universitetinin Walter Cronkite Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbində təşkil edilən “Süni intellekt və jurnalistika", “Medianın cəmiyyətdə rolu”, “Dezinformasiya ilə səmərəli mübarizə yolları”, “Media savadlılığı”, “İctimaiyyətlə əlaqəli jurnalistikanın inkişafı” ilə bağlı mühazirə və müzakirələrdə iştirak edib. O, ABŞ-nin əsas yayım şirkətlərində, ən son media texnologiyaları ilə təmin edilən mərkəzlərdə, laboratoriyalarda olub. A.Cəfərova proqram çərçivəsində bir çox dövlət rəsmiləri, o cümlədən Feniks şəhərinin meri Kate Gallego, peşəkar jurnalistlərlə görüşüb, Amerika mədəniyyəti və tarixi ilə daha yaxından tanış olmaq məqsədilə Böyük Kanyon (Grand Canyon) milli parkı, Arizonanın Feniksdə yerləşən ən böyük arenası “Footprint Center”, ən böyük stadion hesab edilən “Chase Field”, Musiqi Alətləri Muzeyi, Feniks İncəsənət Muzeyi və s. kimi mərkəzlərdə olub.
Qeyd edək ki, adıçəkilən təqaüd proqramın ilk hissəsi Arizonada tamamlandıqdan sonra, Los-Anceles, Kaliforniya və Vaşinqtonda yerləşən media və təhsil mərkəzlərində davam edəcək.