BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimlər davam edir

Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlərin ikinci günü öz işinə başlayıb.
Təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Təlimlərin ikinci günündə fotojurnalistika ilə bağlı iştirakçılar qarşısında “Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov çıxış ediblər.
Rəsul Rəhimov isə qeyd edib ki, yazı ilə yanaşı fotonun da xəbər üçün əhəmiyyəti böyükdür.
Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov isə bildirib ki, oxuculara bir və ya bir neçə foto ilə də məlumatı çatdırmaq mümkündür.
Xatırladaq ki, “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda keçirilən təlim 4 gün davam edəcək.