BDU-da “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində təlimin 3-cü günü

Bakı Dövlət Universitetində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” mövzusunda təlimlər davam edir.
Təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Təlimlər “Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlının çıxışları ilə davam edib.
Fotojurnalistikanın sirləri ilə bağlı öz təcrübələrini bölüşən Ə.Elxanoğlu deyib ki, bu sahədə hansı istiqamət üzrə həvəs varsa, oraya yönəlmək daha məqsədəuyğundur.
A.Qurbanlı isə xəbər hazırlayan zaman hansı amilləri nəzərə alaraq, fotonun necə seçilməsi ilə bağlı öz biliklərini iştirakçılara çatdırıb.