BDU-da “Dəvətli professor” layihəsinə start verilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Dəvətli professor” layihəsi çərçivəsində Azərbaycan İnternet forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün jurnalist-tələbələrlə görüşü olub.
Görüşü giriş sözü ilə açan Multimedia və elektron kommunuikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli müasir dövrdə cəmiyyətin opertiv və dəqiq məlumatlandırılmasının vacibliyindən, bu sahədə sosila şəbəkələrin rolundan danışıb.
Osman Gündüz məlumat platforması kimi vətəndaş mediası və sosial şəbəkələrin əhəmiyyəti, bu sahədə datalardan istifadənin özəlliyi, maraqlı kontentlərin hazırlanması, maliyyə, hüquq və etik problemlərin tənzimlənməsi məsələlərindən bəhs edib. Dünya və Azərbaycan təcrübəsinə istinad edən məruzəçi tələbələrin çoxsaylı suallarına cavablandırıb.
Seminar-diskussiya formatında keçirilən görüşün sonunda O.Gündüz müzakirədə fəal iştirak edən bir neçə tələbəyə Media Monitorinqi və Təhlil Sistemi layihəsindən bəhrələnmək üçün “YeniMedia.az! saytının admin panelinin linkini verib.