Baş Prokurorluqda jurnalistlər üçün təlim
Azərbaycan Respublikası Baş Prokurorluğunda “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib.
Treninqdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev də iştirak edib. Onun sosial media üçün xidməti məlumatların hazırlanma metodikasını və onların mediada yayımlama qaydasını özündə əks etdirən nitqinə treninq iştirakçıları xüsusi maraq göstəriblər.
2 gün davam edən treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Baş Prokurorluqda treninqdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim edildi