BAMF-da Jurnalistika fakültəsinin tələbələri ilə görüş

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bir qrup tələbəsi ilə görüş keçirilib.
Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev tələbələri təşkilat, fəaliyyəti və təşkilatın əməkdaşları ilə tanış etdi. Tanışlıq çərçivəsində Umud bəy təşkilatın fəaliyyəti dövrü ərzində imza atdığı bir neçə yerli və beynəlxalq layihələrdən, milli və hərbi zəmində təşkilatın səylərindən bəhs edib.
"Təşkilat, 32 ildir ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə fəaliyyət göstərir. Fəaliyyət istiqamətlərinə gəlincə isə, əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Bu dövr ərzində "Evdə sülh, ölkədə sülh, cahanda sülh", "NATO və regional təhlükəsizlik", "Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi" və s kimi beynəlxalq layihələrin təşkilatçısı olub", - deyə o qeyd edib.
Görüşün davamında, tələbələr Təşkilatın Əlcəzairdəki əməkdaşı, jurnalist Thembisa Fakude ilə həmsöhbət olub, sahə ilə bağlı tövsiyələr alıblar.
Sonda BAMF-ın sədri Umud Mirzəyev, tələbələri iş imkanı ilə təmin edərək, təşkilatın dəstəyi ilə çap edilən kitablardan iştirakçılara təqdim edib.