Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi ilə görüş
Jurnalistika fakültəsində BDU-nun 105, Jurnalistika fakültəsinin 55 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərə start verilib.
Bu münasibətlə fakültənin tanınmış məzunları ilə tələbələrin görüşü təşkil olunur.
İlk görüş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli və İdarənin inspektoru, polis kapitanı Pərvanə Muradova ilə keçirilib. Qonaqlar tədbir iştirakçılarına baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onlar arasında məsuliyyət hissinin daha da gücləndirilməsi barədə məlumat veriblər.
Görüş zamanı tələbələrə hərkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət-profilaktiki işlər, inzibati hüquqpozmalar, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barəsində məlulatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.