“Baharı boyayırıq” adlı tədbir keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Torpaq çərşənbəsi və bahar fəslinin gəlişinə həsr olunmuş "Baharı boyayırıq" adlı tədbir keçirilib.
TGT-nin fakültə üzrə sədri Namiq İslamzadə çıxış edərək tələbələri bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.
Tələbələr Novruz atributları və bahar motivləri əsasında hazırlanmış gil daşları müxtəlif rənglərlə bəzəyiblər. Tədbir Novruz ruhlu milli musiqilərin müşayiəti ilə davam edib. Tələbələr müxtəlif mahnılar ifa edib, yallı gedərək bayramı qeyd ediblər.
Maraqlı və səmərəli keçən tədbirin sonunda tələbələr hazırladıqları əl işləri ilə xatirə fotoları çəkdiriblər.