AZƏRTAC-ın redaktoru Jurnalistika fakültəsinin qonağı olub

AZƏRTAC-ın redaktoru Nərminə Məmmədova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 3-cü kurs tələbələri ilə görüşüb. Fakültənin məzunu olmuş Nərminə xanım jurnalistika sahəsində qazandığı uğurlarını, təcrübəsini bölüşərək,seçdiyi peşənin həm çətin, həm məsuliyyətli, həm də şərəfli olduğunu qeyd edib. 105 yaşını qeyd edən AZƏRTAC haqqında məlumat verən N.Məmmədova Jurnalistika haqqında söylənilən miflərə də aydınlıq gətirib. Qonaq əsl, peşəkar jurnalist olmaq üçün təhsilin rolunu xüsusi olaraq vurğulayıb.
Sonda tələbələrin suallarını cavablandıran Nərminə Məmmədova 15 ildən sonra tələbə kimi daxil olduğu auditorayaya artıq bir redaktor kimi dəvət olunmasından çox məmnun olduğunu bildirib.