AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
31 Yanvar 2025 11:32
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU rektoru Elçin Babayev qonaqlara son illər Universitetdə həyata keçirilən yeniliklər barədə məlumat verib, ölkədaxili və beynəlxalq əməkdaşlığın, işəgötürənlərlə əlaqələrin prioritet xarakter daşıdığını bildirib.
O qeyd edib ki, BDU-nun Jurnalistika fakültəsi ölkədə jurnalist hazırlayan əsas bazadır. Son illər BDU-nun Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası da daxil olmaqla, müxtəlif media qurumları ilə səmərəli əməkdaşlığı yaranıb. Jurnalistika fakültəsində MEDİA, Mətbuat Şurası, “ARB24”, “Xalq qəzeti”nin xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor BDU-nun ölkəmizin klassik, böyük agentliyi olan AZƏRTAC-la müxtəlif istiqamətlərdə əməkdaşlıq, birgə layihələr həyata keçirmək imkanlarının böyük olduğunu, bunun dövlətin informasiya təhlükəsizliyinə fayda verəcəyini bildirib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev isə bildirib ki, son iki ildə agentlikdə informasiya siyasəti yeni səpkidə qurulub. 8 dildə operativ xəbərlər yayan, 60-a yaxın xarici media qurumu ilə əməkdaşlıq edən və 24 ölkədə müxbir məntəqəsi olan AZƏRTAC kadr bazasını daim yeniləyir, gənclərə üstünlük verir. Bu baxımdan BDU ilə əməkdaşlıq hər iki quruma fayda verə bilər.
Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və yeni layihələrlə bağlı müzakirələr aparılıb.
Son XƏBƏRLƏR
14.02.2025 | 14:33
Tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub
14.02.2025 | 12:29
Jurnalistika fakültəsinin tələbələri qalib olublar
11.02.2025 | 12:44
"ARB 24 NewsLab" təlim proqramına müraciətlərin qəbuluna start verilir
03.02.2025 | 12:03
BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
26.01.2025 | 12:56