"Azərbaycan Radiosu: Tarix, ənənə və müasirlik" adlı elmi seminar
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya elmlər doktoru Sevil Həsənovanın "Azərbaycan Radiosu: Tarix, ənənə və müasirlik" adlı elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Sevil xanımın qeyri-adi yanaşmasından söhbət açaraq, onun zəngin arxiv matereallarından istifadə etdiyini vurğulayıb.
Sevil Həsənova çıxış edərək radionun kiçik sehirli qutu rolunu oynadığını söyləyib.
Elmi-seminarın gedişində ənənə ilə müasirliyin vəhdətinə nəzər salmaq üçün video-çarx təqdim edilib.
Ardınca professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr edilən kiçik sənədli film nümayiş olunub.