"Azərbaycan mətbuatının unudulmuş xadimləri" mövzusunda elmi seminar keçirilib
16 Aprel 2024 14:06
Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublunun "Azərbaycan mətbuatının unudulmuş xadimləri" mövzusunda elmi seminarı keçirilib.
Professor Azərbaycan mətbuat tarixində geniş öyrənilməmiş və araşdırılmamış mətbu xadimlərimiz və onların həyatı, yaradıcılığı haqqında geniş məlumat verib.
Nəsiman Yaqublu bildirib ki, "Əlimərdan bəy Topçubaşov və Şəfi bəy Rüstəmbəyli şəxsiyyət kimi çox önəmli şəxsiyyət, redaktor kimi isə çox önəmli redaktorlardır.
Təbii ki də bizim mətbuatımızın inkişaf etməsində bu şəxslərin əvəzsiz addımları olub. İlk olaraq Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin ilk sədri olub. Azərbaycanın nümayəndə heyətinin Versalda başçısı kimi çıxış edib. Azərbaycanın dünya dövlətlərinə tanınmasında Əlimərdan bəy Topçubaşovun əvəzsiz xidmətləri olub. Eyni zamanda Əlimərdan bəy Topçubaşov çox yüksək təhsil alıb, Sankt-Peterburq Unversitetinin hüquq fakültəsin bitirib.
Ondan sonra bir müddət Gürcüstanda, sonra isə Bakıda fəaliyyət göstərib. 1897-ci ildən "Kaspi" qəzeti ilə əməkdaşlıq edib, amma 1898-ci ilin oktyabr ayından "Kaspi" qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib. O, baş redaktor olandan sonra əyalət qəzeti olan Kaspi Ümumi Rusiya qəzetinə çevrildi. Bundan əlavə Əlimərdan bəy Topçubaşov Bakı şəhər Dumasının deputatı və 1896-cı ildə yaradılan vəkillər kollegiyasının üzvi idi.
Əlimərdan bəy Topçubaşovla yanaşı olan önəmli simalardan da biri Şəfi bəy Rüstəmbəyli idi. O, AXC parlamentinin üzvi idi. 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri məhz elə Şəfi bəy Rüstəmbəyli olub".

Son XƏBƏRLƏR
24.12.2024 | 20:22
Nüşabə Hüseynova esse müsabiqəsinin qalibi olub
24.12.2024 | 16:13
professor Famil Mehdinin 90 illik yubileyinə həsr olunmuş tədbir
22.12.2024 | 11:08