“Azərbaycan mətbuat tarixində yayımı qadağan edilmiş nəşrlər” mövzusunda elmi seminar

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının saathesabı müəllimi f.ü.f.d Günay Məmmədovanın “Azərbaycan mətbuat tarixində yayımı qadağan edilmiş nəşrlər” mövzusunda elmi seminarı keçirilib.
Milli mətbuat tarixi kafedrasının professor və müəllim heyətinin iştirak etdiyi seminarda məruzəçi Günay Məmmədova mətbuat tariximizdə yayımı qadağan edilmiş nəşr nümunələri haqqında məlumat verib.
Seminarda Mirzə Bala Məmmədzadənin “Azərbaycan türk mətbuatı”, Heydər Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai-siyasi fikir tarixindən”, Xəlil Rza Ulutürkün “Məndən başlanır Vətən” kitablarının və Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının yayılmasının qarşısının alınma səbəbləri haqqında ətraflı informasiya verilib. Azərbaycan tarixində önəmli rol oynayan, ancaq yayımı qadağan edilən Rəsul Rzanın rəhbərlik etdiyi “Yaşıl ensiklopediya” və Cəmil Əliyevin rəhbərliyi ilə çıxan “Qırmızı ensiklopediya” arasındakı fərqli cəhətlər təhlilə cəlb edilib. Bu nəşrlərin qadağan edilməsi səbəblərinin araşdırılması milli mətbuatımızı öyrənmək baxımından əhəmiyyətlidir.
Elmi seminarın sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.