"Azərbaycan mediasında vətəndaş jurnalistikası təcrübəsi: imkanlar və çağırışlar" mövzusunda elmi seminar
15 Aprel 2026 15:23

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasınn müəllimi Billurə Aslanovanın "Azərbaycan mediasında vətəndaş jurnalistikası təcrübəsi: imkanlar və çağırışlar" mövzusunda elmi seminarı keçirilib.
Seminarda kafedra müdiri Aynur Nəsirova, müəllimlər Sabir Məmmədov, Cabir Məmmədov, Arzu Məmmədova və kafedranın digər müəllim heyəti iştirak ediblər.
Billurə Aslanova sosial medianın müasir cəmiyyətdəki rolu, onun müsbət və mənfi təsirləri, Azərbaycanda yaranması və inkişaf mərhələləri haqqında geniş məlumat verib.
Seminarda həmçinin vətəndaş jurnalistikasının cəmiyyətdəki rolu, ictimai gündəmin formalaşdırılmasına təsiri məsələlərinə də toxunulub. Bildirilib ki, sosial problemlərin sosial mediada işıqlandırılması və gündəmə gətirilməsi aidiyyəti qurumların məsələlərə daha operativ yanaşmasına şərait yaradır və problemlərin həll prosesini sürətləndirir.
Elmi seminar sual-cavabı əsasında yekunlaşıb.
Son XƏBƏRLƏR
06.11.2026 | 16:00
Respublika elmi-praktik konfransı öz işini davam etdirir
05.11.2026 | 15:10
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir
05.11.2026 | 14:58
Konfransın bölmə iclaslarında məruzələr dinlənilib
05.11.2026 | 14:56