"Azərbaycan-Çin münasibətlərinin geosiyasi konteksdə inkişafı" mövzusunda elmi seminar
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının əyani doktorantı Liu Youshanın "Azərbaycan-Çin münasibətlərinin geosiyasi konteksdə inkişafı" mövzusunda elmi seminarı keçirilib.
Elmi seminarda Beynəlxalq jurnalistikanın professor-müəllim heyəti, doktorantlar və magistrantlar iştirak edib. Liu Yousha elmi işinin strukturunu, onun aktuallığını, işlənmə dərəcəsini və əsas aspektlərini təqdim edib. Kafedranın professor-müəllim heyəti, doktorantları və magistrantları iddiaçının slayd şəklində əsas tezislərini və mövzuya dair elmi çıxarışlarını birgə müzakirə ediblər. Mövzu ilə əlaqədar olaraq doktoranta suallar və bir sıra tövsiyyələr ünvanlanıb.
Doktorant Azərbaycan-Çin münasibətlərinin müxtəlif istiqamətlərinin mediada əks olunmasını təhlil edib.