Audiovizual Şuranın növbəti təlimi
15 May 2024 13:33

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın əməkdaşları audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış ediblər. Məlumat almaq hüququ, yayımlanması məhdudlaşdırılan informasiyalar, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması, audiovizual media sahəsində lisenziyalaşdırma və digər mövzular barədə tələbələrə ətraflı məlumat verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21