Audiovizual Şuranın əməkdaşları ilə görüş
24 Oktyabr 2024 12:24

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti dəfə görüş təşkil edib.
Tədbirdə çıxış edən BDU-nun kafedra müdiri, dosent Aynur Nəsirova görüşün əhəmiyyətini, audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələrin marağına səbəb olduğunu diqqətə çatdırıb.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev universitet ilə sıx kommunikasiyaya böyük önəm verdiyini, jurnalistika ixtisası üzrə təhsil olan gənclərdə audiovizual media tənzimlənməsi üzrə məlumatlılığın artırılmasına səy göstərilməsini vurğulayıb.
Hüquq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Son XƏBƏRLƏR
17.07.2026 | 13:01
“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
08.07.2026 | 14:22
“İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq
07.07.2026 | 12:51
Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik
06.07.2026 | 14:31
Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır
06.07.2026 | 13:21