“ASAN XİDMƏT” İN ŞÖBƏ MÜDİRİ İLƏ GÖRÜŞ
"ASAN xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, BDU Jurnalistika fakültəsinin məzunu, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev "Sosial media və vətəndaş jurnalistikası" fənninin qonağı olub.
Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağı tələbələrə təqdim edib, Elnur Niftəliyevin fakültənin ən uğurlu məzunlarından olduğunu, televiziya və PR sahəsində peşəkar fəaliyyət göstərdiyini deyib.
Elnur Niftəliyev fəaliyyət göstərdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsi haqqında məlumat verib, PR sahəsində çalışmaq istəyən tələbə-jurnalistlərə tövsiyələrini verib. O, böhran vəziyyətlərində düzgün idarəçilik qaydalarını, KİV-də sosial media və PR fəaliyyətinin spesifik xüsusiyyətlərini tələbələrin diqqətinə çatdırıb.
İnteraktiv və səmimi görüşün sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.