"ARB 24 NewsLab" təlim proqramına müraciətlərin qəbuluna start verilir
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dördüncü kurs və magistratura tələbələrinin diqqətinə!
"ARB 24 NewsLab" təlim proqramına müraciətlərin qəbuluna start verilir.
Müraciət etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
BDU və ARB 24 arasında imzalanmış müqavilə əsasında həyata keçirilən təlim proqramı 3 ay davam edir. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunurlar.
BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.