30 illik həsrətin sonu
Qarabağ - 30 il sandıqda saxladığı açarları çıxardan ananın ümidi ilə iki oğlunun da tabutunu qarşılayan ananın ağrısı arasındakı uçurumdur. Hər bir azərbaycanlının qəlbində dərin və ağrılı bir iz qoydu Qarabağ. 30 il ərzində Azərbaycanın qəlbi olan Qarabağın adı deyildi, unudulmadı, hər zaman həmişə hər bir qarabağlı o günlərə qayıtdı. Yurdundan, yerindən didərgin düşmüş anaların fəryadı, uşaqların qorxusu, nənə-babalarımızın göz yaşları qəlbimizə dağ çəkdi, hər zaman xatırlandı. 30 il ərzində bir an olsun yaddan çıxmadı Qarabağ. Əksinə qan yaddaşımıza çevrildi. Unudulmadı Qarabağ, çünki vətənin bir parçası idi, Vətən idi Qarabağ.
Bugün yaşananlara diqqət yetirsək, elə bunu demək tam yerinə düşər; O torpaqları görmədən, orada yaşamayan amma Qarabağa tükənməz sevgisi olan uşaqlar, gənclər...Elə buna görə də, bugün torpaqlarımız uğrunda igidlərimiz döyüşməyə qəlbində qorxu hissi olmadan gedir. Onlar qəlblərində vətən sevgisi ilə vuruşurlar. “HƏR ŞEY VƏTƏN ÜÇÜN!” “VƏTƏN BÖLÜNMƏZ” deyib irəli gedən azərbaycanlı qəhrəmanları var Qarabağın.
Azərbaycanda yaşayan bütün millətin nümayəndələri Qarabağ uğrunda canını verməyə hazırdır. Vətən yetişdirdiyi igid oğulları ilə fəxr edir. Vətənə olan sevgisindən şəhidlik zirvəsinə ucalan oğulları ilə, ölümü gözə alıb geriyə dönməyən oğulları ilə.. Çünki “Torpaq qanla qarışarsa Vətən olar”.
Burdan balasını qurban verən analara, qürurlu atalara, yoldaşını itirmiş qadınlara, o şəhid balalarına və ölməz şəhidlərə səslənirəm haqqınızı halal edin. Bu millət sizi heç zaman unutmayacaq! Bu xalq sizin etdiyiniz qəhrəmanlıqları unutmayacaq! Unutmayacaq! Bu gün mən bir Azərbaycan vətəndaşı olaraq bizi qorumaq uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm..
Rəşadətli Azərbaycan ordusuna isə minnətdarlığımı bildirirəm. Bizə birliyi, mübarizəni siz öyrətdiz..Siz bizə alnıaçıqlıq, başıdiklik gətirdiniz. Siz Azərbaycanlı olmağın fəxrini yaşatdız. Haqqınızı ödəyə bilmərik!
Hər birimiz bu gözəl baxçalara çatmaq üçün tikanlı yollardan keçdik. Qanında Azərbaycanlı qanı axan hər bir vətəndaş inamla, səbrlə, dözümlə qələbəni gözlədi. Hərkəs əlindən gələninin ən yaxşısını etməyə çalışdı, qəhrəmanlarımıza yardımlar edildi, vətənpərvər musiqilərlə igidlərimizə ruh yüksəkliyi bəxş edildi. Qəlbi, mərhəməti, vətən eşqi dünyadan daha böyükdü millətimin. İndi hərbir Azərbaycanlının nəbzi tarixi zəfərlə döyünür. O zəfər ki, bizi Qarabağa qovuşdurdu! O zəfər ki, şəhidlərimizin qanı yerdə qalmadı! O zəfər ki, dünyanın hər yerində “QARABAĞ AZƏRBAYCANDIR!” deyilir! O zəfər ki, üçrəngli bayrağımızı ən yüksəklərə qaldırdı! Bu qürur izah olunmaz bir hisdir! Bu hissi isə sadəcə yaşayanlar bilər! Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu qələbə sevincini yaşamaq, bu tarixi zəfərin şahidi olmaq mənə də nəsib oldu. Mən gələcəyin jurnalisti olaraq, o torpaqlara ayaq basacağım üçün özümü çox şanslı hiss edirəm.
Bu gün mən fəxr edirəm ki, belə bir dövlətdə yaşayıram, belə bir millətim var, uzaqgörən, dediyindən dönməyən Ali Baş Komandanımız, dövlət başçımız var. O bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi və dünya buna şahid oldu. Dünya onun güclü siyasəti qarşısında susdu. Bu gün bizi müdafiə edən dövlətlər çoxdur, bu da Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı olan möhtərəm İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti, əzmkarlığı nəticəsidir.
Qələbə bizimlədir!! Bu inam bizə qələbə bəxş etdi. O inam ki, Ali Baş komandanımızın xalqına dönə-dönə aşılayırdı. Xalqının sevimli qəhrəmanına çevrilən İlham Əliyevin qətiyyəti sayəsində bugün bütün dünya yalnız bunu deyir: “QARABAĞ AZƏRBAYCANDIR!!” Minnətdaram möhtərəm İlham Əliyev! Minnətdaram ki, bu xalqı gözüyaşlı buraxmadın. Minnətdaram ki, Millətinin yaralarını sarıdın. Minnətdaram ki, Azərbaycanımızı, doğma yurdumuzu günü-gündən gözəlləşdirirsən. Minnətdaram ki, düşmənə layiqli cavabı verirsən. Yaşasın Ali Baş Komandan! Yaşasın AZƏRBAYCAN! Yaşasın Azərbaycan xalqı!
Əhmədova Lalə,
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi