1news.az saytının baş redaktoru tələbələr ilə təcrübəsini bölüşüb

1news.az xəbər saytının baş redaktoru Kəmalə Məmmədova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində qonaq olub. Görüş “KİV-in dili və redaktənin əsasları” fənni çərçivəsində təşkil edilib.
Fakültənin 3-cü kurs tələbələri ilə keçirilən görüşün əsas mövzusu “Media: gerçəklik və miflər” olub. Kəmalə Məmmədova media reallıqları, jurnalistikanın etik çərçivələri, informasiyanın doğruluğunun yoxlanması, redaktə prosesi və müasir çağırışlar barədə fikirlərini tələbələrlə bölüşüb.
O, həmçinin jurnalistika sahəsində qarşılaşdığı maraqlı hadisələri tələbələrlə paylaşıb, peşəkar fəaliyyətində üzləşdiyi situasiyalardan real nümunələr gətirib. Praktik biliklərin artırılması məqsədilə tələbələrə müxtəlif mövzularda praktiki tapşırıqlar verilib. Görüş qarşılıqlı sual-cavablarla müşayiət olunub və interaktiv müzakirə şəraitində keçib.
Tədbir zamanı iştirakçılarla birgə xatirə şəkilləri çəkilib.