1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara hədiyyələr təqdim olunub
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi Tələbə Gənclər Təşkilatı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsi İqtisadçı Vətənpərvərlər Təşkilatının (İVT) birgə əməkdaşlığı çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara hədiyyələr təqdim olunub.
Aksiya zamanı şəhərin müxtəlif ərazilərində uşaqlara sürpriz hədiyyələr paylanılıb, onların sevincinə ortaq olunub. Balacaların üzündə yaranan təbəssüm və xoş anlar tədbirin ən yaddaqalan məqamlarından biri olub.
İki universitetin təşəbbüsü ilə keçirilən aksiya cəmiyyətdə paylaşma, qayğı və diqqət mesajı verməklə yanaşı, bayram sevincini uşaqlarla birlikdə yaşatmağı hədəfləyib.