ZEYNALOV NƏRİMAN NƏSURULLAH OĞLU

ZEYNALOV NƏRİMAN NƏSURULLAH OĞLU

ZEYNALOV NƏRİMAN NƏSURULLAH OĞLU

1989-cu ildə Jurnalistika fakültəsinin dekanı olmuşdur

Nəriman  Zeynalov 1956-1961-cı illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin Mətbuat tarixi kafedrasında müəllim vəzifəsinə götürülmüşdür. Paralel olaraq, “Xalq qəzeti”ndə (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.

Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlamışdır. 1989-cu ildə Jurnalistika fakültəsinin dekanı olmuşdur.

N.Zeynalov 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq et­mişdir. Ömrünün son illərində jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilmişdir. 1971-ci ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülmüşdür. “Gümüş dəs­təkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər kitablarının müəllifidir.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət