XƏLİLOV QULU QASIM OĞLU

XƏLİLOV QULU QASIM OĞLU

XƏLİLOV QULU QASIM OĞLU

ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb (1947-­1952)

Professor, əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov 1930-cu ildə anadan olmuşdur, 1947-­1952-ci illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. Q.Q.Xəlilov “Vaqif pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, “Azərbaycan romanının inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Q.Q.Xəlilov sonralar ADU-nun Jurnalistika fakültəsində professor vəzifəsində işləmişdir.

Q.Q.Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun “Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə” və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Sonradan istedadlı qələminin gücü ilə ərsəyə gələn “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Qocaların söhbəti”, “Umsuq” və s. hekayələri işıq üzü görmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət