Studiya haqqında

Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası 1983-cü ildə televiziya verilişləri hazırlamaqla fəaliyyətə başlayıb. Studiyanın yaradılmasında əsas məqsəd tələbələri praktik işə cəlb etmək, nəzəri biliklərin işdə tətbiqinə yardımçı olmaq, yaradıcılıq və peşə vərdişlərinin formalaşmasına köməklik göstərməkdir.
2000-ci ildə YUNESKO-nun dəstəyi ilə Tədris tele-radio studiyası yenilənmiş, yeni avadanlıqla təchiz edilmişdir. 2006-cı ildən studiyanın nəzdində radio bölməsi açılmışdır və yeni texniki avadanlıqlarla təchiz edilmişdir. Studiya fəaliyyəti dövründə çoxlu sayda televiziya və radio verilişləri, süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlamışdır.

2016-cı il may ayının 26-da Universitetin vəTürkiyə Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən TİKA-nın maliyyə dəstəyi ilə Tədris tele-radio studiyası yenidən təmir olunmuş və müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmişdir. Fəaliyyət müddətində tələbələrin nəzəri,praktik və fərdi biliklərinin artırılması məqsədi ilə studiyada televiziya və radio verilişlər hazirlanıb və yayıma verilmişdir. 
2019-cu ildən studiyanın nəzdində foto studiya fəaliyyətə başlamışdır.
Hazırda studiyada  universitetdə həftə ərzində keçirilən tədbirlər və konfranslar haqqında Azərbaycan ,rus və ingilis dillərində xəbərlər bloku hazırlanır. Bu xəbərlər “BDU XƏBƏR “, ”BSU TV NEWS”, ”БГУ Новости” adı altında “YOUTUBE” kanalında və sosial şəbəkələr vasitəsi ilə yayıma verilir.
Xəbərlərin hazırlanmasında aparıcı, müxbir, reportyor və operator olaraq jurnalistika fakültəsinin tələbələri aktiv iştirak edirlər.
Televiziya və radio studiyasında analitik verilişlər,maarifləndirici verilişlər,idman verilişləri hazırlanıb və yayımlanmışdır. Müxtəlif sayda  qısametrajlı sənədli filmlər , videodərslər, videoçarxlar hazırlanmışdır.
2020-ci il sentyabrın 27-dən başlanan vətən müharibəsiyləbağlı və torpaqlarımızın erməni işğalından azad edilməsi uğurunda davam edən haqq mübarizəmizə həsr olunan "Şuşa bizi gözləyir", "Xarıbülbül", "Həsrətinə qovuşduq, Xudafərin" adlı qum kompozisyası ilə bağlı vıdeoçarxlar hazırlanmışdır. "BDU VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNDƏ" adlı sənədli film hazırlanmışdır.
“BDU TV” və “BDU RADİO” da hazırlanan video və radio materiallar tanınmış peşəkar jurnalistlər tərəfindən yüksək qiymətləndirilir və universitetin imicinin yüksəlməsində önəmli rol oynadığını qeyd edirlər.
Tələbələrin praktik vərdişlərinin artırılması məqsədi ilə studiyada video montaj,operatorluq, aparıcılıq,rejissorluq ,müxbirlik təlimləri keçirilir.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət