VÜQAR ZİFƏR OĞLU ƏLİYEV

VÜQAR ZİFƏR OĞLU ƏLİYEV

VÜQAR ZİFƏR OĞLU ƏLİYEV

Dekan

Tel.: +(994) 12 538 42 08

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
•    12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.
•    1985-1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə oxuyub.
•    1995-2001 -ci illərdə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alıb.
•    2001-ci ildən BDU-da çalışır.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
•    1995-1999-cu illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb.
•    1999-2001- ci illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.
•    2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
•    2017-ci ildə "Müasir dövrdə xarici KIV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ
•    1997-2001- ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb.
•    2001-2004 - cü illərdə BDU "Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasında baş laborant vəzifəsində çalışıb.
•    2004-2006-ci illərdə BDU “Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında baş laborant vəzifəsində çalışıb.
•    2006-cı ildən BDU, “Beynəlxalq jurnalistika və informasiya siyasəti”  kafedrasında 0,5 ştat müəllim, dosent vəzifəsində çalışır.
•    3 tədris-metodik vəsait, 1 monoqrafiya və 3 kitabın müəllifidir.
•    2003-cü ildə  Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi “Gənc jurnalistlərin III Ümumrespublika Müsabiqəsində” elm və təhsil nominasiyası üzrə I yeri qazanıb, fəxri fərmanla mükafatlandırılıb.
•    2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub.
•    Beynəlxalq jurnalist olaraq bloqqer kimi də fəaliyyət göstərir: ziferoglu.blogspot.com
•    2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.
•    2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edilib.
•    2018-ci ildə "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) alıb.
•    2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.
•    2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 

TƏDRİS ETDİYİ FƏNLƏR
•    İctimaiyyətlə əlaqələr
•    Xarici ölkələrin müasir KİV sistemi
•    Beynəlxalq informasiya mübadiləsi: forma və metodları
•    Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri

TƏDQİQAT SAHƏSİ
•    Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar
•    Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası
•    İnformasiya təhlükəsizliyi və informasiya müharibəsi problemi 

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
•    2010, Rumıniya: "Uşaq hüquqları və jurnalistika" praktik seminar
•    2010, Lefke (Şimali Kipr Türk Cümhuriyyəti): "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransı
•    2017, Bakı: Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfrans

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
•    Dörd anonim mənbə. (həmmüəlliflə), Bakı, 2003
•    Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Monoqrafiya. Bakı, 2006
•    P.K. Kokovtsev. X əsr yəhudi xəzər yazışması. (tərcümə), Bakı, 2009
•    Media imperiyası. Monoqrafiya. Bakı, 2012
•    Sirr. Tarixi-bədii roman. Bakı, 2013, 2019
•      Səfəvilər. Monoqrafiya. Elm və təhsil,  Bakı, 2015
•    İnformasiya müharibəsi: nəzəri əsasları və manipulyasiya  problemi. Bakı, 2019
Metodik göstəriş və proqramlar
•    PR texnologiyası və jurnalistika. Proqram. Bakı Dövlət Universiteti. Bakı, 2010
•    Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. Proqram. Bakı Dövlət Universiteti. Bakı, 2012
•    Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri. Proqram Bakı Dövlət Universiteti. Bakı, 2012
•    Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri. Tədris-metodik  vəsait.  Bakı, 2014
•    Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. Tədris-metodik vəsait.  Bakı, 2014
•    Xarici ölkələrin müasir KİV sistemləri. Tədris-metodik vəsait. Bakı, 2014
•    Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü. Tədris-metodik vəsait. Bakı, 2017
Məqalələr
•    Qərbi Avropa dillərində türkizmlər. "Jurnalist" qəzeti, № 19, 10 iyun 2003; № 20, Bakı, 2003
•    Dil və üslubda gözlənilən etik normalar. Elmi Araşdırmalar. AMEA Şərqşünaslıq İnstitutu. VII buraxılış, Bakı, 2004
•    Beynəlxalq jurnalistikada peşə etikasına dair beynəlxalq sənədlər. Dil və Ədəbiyyat. № 5, Bakı, 2007
•    İslam və qərb mediası. Din və Dövlət. № 6, Bakı, 2009
•    Azərbaycanda informasiya təhlükəsizliyinin təminatı. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, №1, Bakı, 2013
•    Qloballaşma və qlobal informasiya məkanı. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, №3, Bakı, 2013.
•    Qloballaşma şəraitində KİV Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər. №1, Bakı, 2015
•    Ermənistanın informasiya müharibəsinin başlıca parametrləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №1, Bakı Slavyan Universiteti, Bakı, 2015
•    Dinin yayginlaştirilmasinda çağdaş bilgi teknolojileri (Vatikan öğrneği) Niğde Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi Cilt 8, Sayı 2. 2015
•    Rusiya KİV-nin Azərbaycan mediasına təsir istiqamətləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, Bakı Slavyan Universiteti, 2015
•    Azərbaycan mediasi qlobal informasiya məkaninda ADPU. Elmi xəbərlər. №1, 2015
•    Qərb mediasında Azərbaycanla bağlı manipulyasiya problemi və internet məkanına təsiri. Sivilizasiya. Bakı Avrasiya Universiteti. №2, 2015
•    Azerbaycan'a karşı yürütülen bilgi manipulyasyonunun ve savaşının başlıca parametreleri. AKADEMİK BAKIŞ. Uluslararası Hakemli Sosyal Bilimler Dergisi. Sayı : 52, 2015
•    Azərbaycan internet medyasında informasiya manipulyasiyası problemi və onun həlli yolları.  Azerbeycan internet medyasında bilgi manipülasyonu problemi: neticeler ve çözüm yolları. İletişim Çalışmaları Dergisi. İstanbul Aydın Üniversitesi. 2016
•    İnformasiya müharibəsində basılıca kütləvi kommunikasiya modelləri. Mass communication models in the Information War. Salmagundi Journal. Publisher Skidmore College (USA), №1, (thomson imp. fak.1.02), 2016
•    Media korporasiyaların fəaliyyətində informasiya ilə manipulyasiya problemləri. Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı. 2017
•    The problem of the information manipulation in the internet media of Azerbaijan. ISSN 0160-2764. The literary journal of the graduate students of the Department of Philology Faculty at University of California.Mester. Volume 47, no 1, 2018
•    İnternet mediada reklamçılıq: formalaşması prinsipləri və başlıca meyarlar. Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. 209 səh., Bakı, 2018

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət