Jurnalistika fakültəsi 2015-ci ildən Kazaxstanın L.N.Qumilyov adına Avroasiya Milli Universitetinin politologiya və jurnalistika kafedrası ilə sız əməkdaşlıq edir. Belə ki, universitetin magistrantları hər ilin dekabr ayında fakültəmizdə elmi tədqiqat təcrübəsi keçirlər. Təcrübənin son günü onlara fakültənin sertifikatları təqdim edilir. Bundan əlavə dissertasiya işlərinə ikili rəhbər təyin olunması haqqında da razılaşma olub. Belə ki, fakültənin dekanı Vüqar Əliyev universitetin doktorantına ikinci rəgbər olmağa razılıq verib.