ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

2021

 


1.İnformasiya əsrin media konsersiyası
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: professor Cahangir Məmmədli
Mövzunun məqsədi: Azərbaycanın Vətən müharibəsi dövründə media sistemində yaranan yeni keyfiyyətləri üzə çıxarmaq.
Alınmış nəticələr: Hesabat ili ərzində jurnalistika fakültəsi tələbələrinə bu mövzuda ustad dərsləri keçirilmiş, magistrantlara “Mediada şəhid mövzusu”nda dəyirmi masa keçirilmişdir.


2. XX əsrin əvvəlləri erməni separatçılarının təxribatlarına dair (A.Surun və F.Köçərli)
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: professor Alxan Məmmədov
Mövzunun məqsədi: Mövzunun məqsədi ondan ibarətdir ki, XX əsrin əvvəlləri erməni separatçı-larının təxribatları cəmiyyətimizə, sabahın qurucuları olan gənclərimizə çatdırılsınvə yaddaşları daim oyaq saxlasın.
Alınmış nəticələr: Apardığımız araşdırmalar nəticəsində A.Sur və F.Köçərlinin ədəbiyyat və sənətməsələləri ,həmçinin cəmiyyətdə baş verən siyasi və mədəni proseslərlə bağlı fikir,mülahizə, irad və tövsiyyələri üzə çıxdı,məqalələri latın qrafikasına çevrilərək çapolunmağa başlandı. BDU-nun “Jurnalistika” (ictimai-siyasi humanitar elmlər seriyası) jurnalında A.Sur haqqında məqalə vermişəm.


3. Jurnalistika və qlobal ekoloji problem
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Akif Rüstəmov.

Mövzunun məqsədi : Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər ekoloji terror törədib...
Alınmış nəticələr barədə hazırda çapa hazırladığım, “jurnalistika kütləvi informasiya vasitələri sistemi kimi” kitabda ətraflı məlumat verilmişdir.


4. Avropa mətbuatında Qarabağ müharibəsi ilə bağlı nifrət nitqi

Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Sevinc Əliyeva
Məqsədi: Avropa mətbuatında çap olunan məqalələri toplayıb, təhlil etmək, bakalavr və magistr dərslərində tələblərin nəzərinə çatdırmaq, mətbuatda vaxtaşırı yazılar dərc etdirərək, əsl həqiqətləri yaymaq.
Alınmış nəticələr: Mövzu ilə bağlı Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi üzrə İşçi qrupu 5 istiqamət üzrə - Azərbaycan Respublikasının Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası;  Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları istiqamətlərində araşdırma aparmış və layihə çərçivəsində 3 kitab nəşr olunmuşdur.


5. Publisistikanın əsas inkişaf mərhələləri.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Əliş Ağamirzəyev
Mövzunun məqsədi: Azərbaycan publisistikasının yeni inkişaf mərhələlərinin elmi istiqamətlərini tədqiq etməkdir
Alınmış nəticələr: Pubisistikanın müasir inkişaf mərhələsində iki dövr müham rol oynayır: müstəqillik dövrü və Vətən müharibəsi dövrü. xüsusilə ikinci dövr publisistika Azərbaycan ordusunun zəfər yürüşü və qələbəsi ilə böyük aktuallıq kəsb etdi.


6. SOSIAL mediada dezinformasiya fenomeni:tarix və inkişaf
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Zaur Babayev
Mövzunun məqsədi: Bununla belə mübarizə yolları araşdırılmışdır.
Dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli öyrənməkdir. Dezinformasiyanın anlayış və internet məkanında əhəmiyyətini, fəsadlarını müəyyənləşdirmək və öyrənmək.
Alınmış nəticələr: Yerli və beynəlxalq mediaməkanlarında saxta xəbərlərin təhlükəsi analiz edilmişdir. Beynəlxalq jurnalist təşkilatlarınnn etik davranış prinsipləri və saxta xəbərlərlə mübarizə üsulları araşdırılmışdır.



7. Azərbaycanın KİV sistemində televiziya məkanı və onun tipoloji xarakteristikası
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Könül Niftəliyeva
Mövzunun məqsədi: Azərbaycanda fəaliyyət göstərən AzTV, İTV, Real TV, Xəzər, ARB və s. telekanalların fəaliyyət prinsipləri, onların tipoloji xarakterini formalaşdıran faktorlar ətrafında elmi təhlillər aparılıb. Bu faktorların öyrənilməsi, onların digər regionlarda tətbiqi, məhəlli telekanalların beynəlxalq arenaya çıxmasına zəminin yaranması araşdırılıb
Alınmış nəticələr: Müasir jurnalistikada TV məkanlar və onların tipoloji xarakteristikasınınaraşdırılması belə bir nəticəyə gəlməyə əsas verir ki, XX əsrin ortalarındameydana gəlmiş televizya bu gün informasiya texnologiyalarının yaratdığı imkanlar nəticəsində sürətlə inkişaf etmişdir. Bu inkişaf onun formasına təsir etdiyi kimi, məzmunda da dəyişikliklər edib.  



8. İctimai-siyasi hadisələrin araşdırılması, qiymətləndirilməsi və dərin təhlillərin aparılması məqsədi ilə hər hansı analitik janrın seçilməsi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Gülnarə Sadıqova.

Mövzunun məqsədi: Bildiyimiz kimi analitik jurnalistikaya daxil olan janrların özünəməxsus məqsəd və vəzifəsi vardır. Bu səbəbdən jurnalist proseslərə yalnış münasibət bildirməməli, əksinə problemin həlli ücün tövsiyələr və cıxış yollarını göstərməlidir. Belə olduqda biz onun analitik fəaliyyətinin göstəricisini görürük.

Alınmış nəticə:  Artıq XIX əsrdən analatik jurnalistika yaranmış və günə kimi inkişaf edərək daha yeni formatlarda özünü göstərməkdədir. 1990-cı illərdə jurnalist yaradıcılığına azadlıq verilmə səbəbindən KİV-də analitik jurnalistikada yeni yjanrlar yarandı. Həmin janrlar hal hazırda mətbuatda aktualdır.


9. Reklam materiallarının redaktə metodikası

Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Ayaz Musayev

Mövzunun məqsədi: Reklam materiallaının nəşri redaktordan yalnız mətnlərə deyil, həm də təsviri sırasına diqqət yetirməsini tələb edir. Hazırki məqalə reklam jurnalistikasına maraq göstərənlər üçün yararlı material ola bilər.
Alınmış nəticələr: Reklam materialları digər materiallar kimi, ixtisaslı redaktorun müdaxiləsini tələb edir. metodikası”


10. Klassik publisistikanı müasir dövrdə aktuallaşdıran ictimai, siyasi və sosial şərait

Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Rəhilə Kəsəmənli.
Mövzunun məqsədi: Azərbaycan publisistik irsinin müasirlik prinsipləri ilə araşdırılması bir neçə məqsəd daşıyır. Bunlardan birincisi publisistin irsin müasir dövrə təsir gücünün səbəbləri ilə bağlıdır. Bu konteksdə publisistikanın mahiyyəti açılır və onun təsir gücü təhlilə cəlb olunur. Tədqiqatın digər bir məqsədi publisistikanın müasir şəraitdə yeni qüvvə ilə üzə çıxmasını şərtləndirən ictimai-siyasi zamanın, mühitin xarakterini açmaqdan ibarətdir.Bu məqsədlərə nail olmaq tədqiqatdan bir sıra vəzifələri yerinə yetirməyi tələb edir. Bu vəzifələrin elmi aspektdə yerinə yetirilməsi qarşıya qoyulan əsas məqsədə nail olmağa şərait yaradır.
Alınmış nəticələr: Müasir jurnalistikaya klassik publisistikanın təsir gücünün araşdırılması belə bir nəticəyə gəlməyə əsas verir ki, XX əsrin əvvəllərində meydana gəlmiş publisistika məktəbləri bu günümüz üçün həm mövzu, həm də sənətkarlıq cəhətdən mühüm əhəmiyyət kəsb edir. Yeni müstəqillik uğrunda mübarizə aparanjurnalistlərimiz öz fəaliyyətlərində publisistika ənənələrini məktəb kimi qəbul etmiş və etməkdədir. 4 dissertasiya işinə rəy vermişəm.


11. Azərbaycanda ictimai rəyin formalaşmasına təsir edən əsas sosial media platformalarının xüsusiyyətləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Osman Gündüz
Mövzunun məqsədi : Azərbaycanda ictimai rəyin formalaşmasını müəyyən edən amillərin aşkara çıxarılması.

Alınmış nəticələr: Təhlillər və araşdırmalar, sorğular və monitorinq əsasında ictimai rəyin formalaşmasında sosial medianın rolu və yerini müəyyən etmək olar.


12. “Saxta xəbərlər” fenomeni:tarix və inkişaf.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Babayev Akif Nəhməd o.
Mövzunun məqsədi: “Fake news”- la səmərəli mübarizə yollarını araşdırmaq və onunla mübarizə metodlarını müəyyən etmək elmi-tədqiqatşn əsas məqsədidir. Dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli öyrənməkdir. Dezinformasiyanın anlayışı və İnternet məkanında əhəmiyyəti və fəsadları müəyyənləşdirilməlidir.
Alınan nəticə: Elmi-tədqiqatın I mərhələsi “Saxta xəbərlər” fenomeni:tarix və inkişaf. adlanır. Elmi araşdirma prosesində dünyanın nüfuzlu media qurumlarının bu məsələ ilə əlaqədar olaraq qəbul etdiyi hüquqi sənədlər və əməli metodlar tədqiq edilmişdir.


13. Xarici xəbər saytları və Ermənistan-Azərbaycan münaqişəs.i
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Anzulə Cəfərova
Mövzunun məqsədi . Sosial mediada ikili standartları təhlil etməkdə əsas məqsəd ölkəmizə qarşı ikili standartları Ermənistan Azərbaycan münaqişəsində göstərməkdir. Bu məqsədlə sosial mediada yayımlananlar tədiqaqata cəlb edilib. Prezident İlham Əliyevin bu qərəzli münasibətə qarşı çoxsaylı müsahibələri, yerli media nümayəndələrinin bu istiqamətdə fəaliyyətləri araşdırılıb. Bütün həqiqətlər Prezident İlham Əliyevin xarici mediaya verdiyi silsilə müsahibələrdə öz əksini tapmaqla yanaşı, bunlar media tariximizə Prezident İlham Əliyevin infor¬masiya savaşı örnəyi kimi daxil oldu. Xarici jurnalistlər Ermənistan--Azərbaycan müharibəsi ilə bağlı informasiyanı birbaşa Azərbaycanın Prezidentindən almağı daha səmərəli hesab etdilər. Bu müsahibələrin sayı otuza yaxındır. Cəmi bir aydan bir az artıq müddətdə 30 müsahibə ilə haqq səsimiz xarici mediada ucaldıldı.
Alınmış nəticələr. Elmi araşdırma prosesində mövzu ilə əlaqədar sosial mediada yayımlanan materiallar tədqiqata cəlb edilib. Xüsusilə Ermənistan–Azərbaycan müharibəsi dövründə ikili standartları əks etdirən materillar təhlil edilərək, Azərbaycan və dünya mediasında, həmçinin sosial mediada Prezident İlham Əliyevin həqiqətlərin carçısı olan müsahibələri, çıxışları, ictimai fiqurların, ziyalıların mövqelərinin əks etdirən yazırları araşdırılıb.


14 Siyasət jurnalistika fəaliyyətinin sahəsi kimi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaş: Esmira Rövşənova
Mövzunun məqsədi: Müasir dövrdə siyasət jurnalistika fəaliyyətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Ölkə daxilində və beynəlxalq siyasi arenasında baş verən hadisələr daima mediada işıqlandırılır. Bu gün Azərbaycanda demokratik informasiya cəmiyyəti jurnalistlərə imkan verir ki, iqtidar və yaxud da müxalifət yönümlü siyasi jurnalistika fəaliyyəti yürütsünlər. Burada əsas məqsəd hər zaman dövlətçilik, milli maraqlar mövqeyindən çıxış etmək və bunu jurnalistlərin özlərinə rəhbər tutmalarının təlqin edilməsidir.
Alınmış nəticələr:. Müasir dövrdə dünyada və xüsusilə Azərbaycanda baş verən hadisələr siyasəti jurnalistikanın aktiv fəaliyyət sahəsinə çevirərək “siyasi jurnalistika” termininin geniş istifadəsinə imkan yaratmışdır. Azərbaycanın 44 günlük yürütmüş olduğu haqq savaşı həm döyüş meydanında, həm də siyasi arenada qələbə ilə nəticələndi. Azərbaycanın haqq səsinin duyurulması və illərdir məruz qaldığı erməni terrorunun beynəlxalq aləmə doğru və düzgün formada çatdırılması üçün jurnalistikanın məhz bu fəaliyyət sahəsinin inkişafı önəmli rol oynamaqdadır. Mövzu ilə bağlı məqalə və tezislər hazırlanaraq çap etdirilmişdir.


2022

 


1. Qərb jurnalistikasında baş verən deformasiyalara milli medianın baxış
bucağı
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Professor C.Məmmədli
Məqsədi: Beynəlxalq media prinsiplərinə Qərb jurnalistikasının etinasızlığı Azərbaycan milli mediasında daha çox milli klassik mətbuat ənənələrinə söykənməyi əsas məqsəd kimi ortaya qoyur.
Alınmış nəticələr: Məqalələr sistemi


2. . İnternet mediada informasiya təhlükəsisliyi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Professor Akif Rüstəmov
Məqsədi: informasiya təhlükəsizliyi - informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf içərisində informasiya üstünlüyü əldə etmək məqsədi daşıyır.
Alınmış nəticələr: Elmi məqalə formasında elmi nəşrdə çap olunur və çap olunacaq.


3. Sosial şəbəkələrdə Qarabağ müharibəsiylə bağlı nifrət nitqi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent Sevinc Əliyeva
Məqsədi: Vətənimiz haqqında reallıqları dünyaya çatdırmaq. Nifrət nitqini pisləmək, sübut etmək ki, nifrətsiz də informasiya savaşında qalib olmaq olar.
Alınmış nəticələr: Respublikada və respublikadan kənarda elmi-praktik konfranslada məruzələrlə çıxış etmək və elmi məqalələr çap etdirmək.


4. Publisistikanın sosioloji və qneseoloji aspektləri

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent. Əliş Ağamirzəyev
Məqsədi: Azərbaycan publisistikasınin yeni inkişaf mərhələlərininelmi istiqamətlərini tədqiq etməkdir.
Alınmış nəticələr: Publisistikanın inkişaf mərhələsi müstəqillik və Vətən müharibəsi dövründə böyük aktuallıq kəşf etdi. Xususən Azərbaycan ordusunun zəfər yürüşü və qələbəsi


5. “Vətəndaş jurnalistikası” - saxtakarlıq və auditoriya
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent Zaur Babayev, dosent Xatirə Hüseynova
Məqsədi:Tədqiqatın bu hissəsində ənənəvi mediada və yeni mediada “saxta xəbərlər”-in növləri (kəmiyyət keyfiyyət və texnoloji) araşdırılacaq. Feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lərin sıx birləşməsi daha çox düzgün informasiya yayılması vacibdir. Feyk xəbərlərin bəzi bədxah qüvvələrin əlində aıətə çevrilməsi ciddi təhdidlər yaradır. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə bununla mübarizə aparmaq çətindir lakin səylər birləşdirilərsə buna nail olmaq mümkündür. Həmçinin sosial şəbəkə istifadəçilərinin psixoloji manipulyasiya vasitələrilə idarə edilməsi üsulları tədqiq ediləcəkdir. Cəmiyyətdə media mühitin müxtəlif fiormalarını araşdırmaq
Alınmış nəticələr: Müxtəlif beynəlxalq və elmi nəşrlərdə, konfranslarda statistik məlumatların və media mühitinin durumun açıqlanması



6. Azərbaycan teleməkanında dövlət, ictimai və kommersiya telekanallarının tipoloji bölgüsü
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dosent Könül Niftəliyeva
Məqsədi: Bu səbəbdən Azərbaycanda media orqanları və sosial-siyasi-iqtisadi proseslərə təsir göstərən TV kanallaının milli mediastruktura təsiri araşdırılıb, onların tipoloji bölgüsü müəyyənləşdirilib.
Alınmış nəticələr: Elmi məqalə formasında elmi nəşrlərdə dərc olunub.


7. Analitik materialların hazırlanmasında fakt və sənədlərlə iş prinsipi
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent Gülnarə Sadıqova
Məqsədi: Fakt və sənədlərin iş prinsipində qüsürların aradan qaldırılması
Alınmış nəticələr: Elmi məqalə formasında elmi nəşrlərdə dərc olunub. KİV-də işıqlandırılan analitik materiallarda istifadı olunan fakt və sənədlərdə yol verilən qüsurların yolverilməməzliyi.


8. Müasir müstəqillik ideyasının gerçəkləşməsində publisistikanın rolu
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Dosent Rəhilə Kəsəmənli
Məqsədi: Publisistik irsin müasir dövrə təsir gücünün səbəbləri ilə bağlıdır.bu kontekstpublisistikanın mahiyyəti açılır və onun təsir gücü təhlilə cəlb olunur. Eyni zamanda Publisistikanın müasir şəraitdə yeni qüvvə ilə üzə çıxmasını şərtləndirən ictimai – siyasi zamanın, xarakterini açmaqdan ibarətdir.
Alınmış nəticələr: Müstəqillik uğrubda mübarızə aparan jurnalistlərimiz öz fəaliyyətlərində publisistik ənənələrini məktəb kimi qəbul etmiş və etməkdədir.


9. Ənənvi mediada və yeni mediada “Saxta xəbərlər, saxtakarlıq və auditoriya

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: müəllim Akif Babayev
Məqsədi: Əsas məqsəd saxta xəbərlərin müəyyən edilməsinin metod və üsullarının spesifik xususiyyətlərini praktikaya tətbiq etməkdir
Alınmış nəticələr: İndiki dövrdə mediada saxta xəbərlər və onlarla mübarizə metodları işlənib hazırlanıb.


10. Sosial media və nifrət çıxışları
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: müəllim Anzulə Cəfərova
Məqsədi: Dini, sosial, milli və s. nifrət nitqlərini tıhlil etmək, onların qarşısını almaq məqsədilə görülən işləri, mətbuatın mövqeyini tədqiqata cəlb etməkdir
Alınmış nəticələr: nifrət nitqiylə bağlı qanunlar hazırlamaqda, onların nifrət nitqinin ağırlığına görə dərəcələndirilməsinə diqqət edilməkdədir.


11. KİV-də siyasi polemika
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: müəllim Esmira Rövşənova
Məqsədi: Hesabat ilində işğalçı ölkənin dünya mediasına təqdim etdiyi həqiqətdən uzaq, saxta xəbərlər kimi problemlər araşdırılacaq,
Alınmış nəticələr: Azərbaycanın milli maraqlar sisteminin siyasi arenada təqdimi kimi məsələlər araşdırmanın əsasını təşkil edəcək.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət