ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

Elmi istiqamət: Azərbaycan jurnalistika tarixi

1. Mətbuat tarixinin öyrənilməsi prosesini izləməklə publisistikanın inkişafında böyük rol oynayan fakt və hadisələri müasirlik baxımından araşdırmaq və qiymətləndirmək
  Mövzunun rəhbəri: Professor Cahangir Məmmədli
  İcraçılar: Nəsiman Yaqublu
  Məqsəd: Azərbaycan jurnalistikası tarixinin inkişafında mühüm əhəmiyyət kəsb edən aktual məsələləri öyrənmək və bu istiqamətdə əvvəllər aparılan tədqiqatlardakı boşluqları aşkar etmək və düzəltmək.

2. Azərbaycan mətbuat tarixi elmi tədqiqatlarda
  Mövzunun rəhbəri: Professor Cahangir Məmmədli
  İcraçılar: Sima Rəhimova
  Məqsəd: Cənubi Azərbaycanda milli azadlıq hərəkatı ilə paralel mətbuatı da öyrənilir. P.Məmmədlinin, S.Rüstəmovanın və başqalarının araşdırmaları tədqiq etmək. Bu tədqiqatlarda XIX əsrin I yarısından müasir dövrümüzədək İranda və ondan kənarda yaşayan ziyalılarımızın ədəbi-ictimai fəaliyyətləri təhlil və tədqiq edilir, onların yaratdıqları müxtəlif mətbuat orqanları qiymətləndirmək. Bu mətbuat orqanlarda dərc edilən publisistik yazılar mövzu və ideya, sənətkarlıq baxımından dəyərləndirmək.

3. Cənubi Azərbaycan mətbuatşünaslığı sahəsində əldə edilən yeniliklər
  Mövzunun rəhbəri: Professor Cahangir Məmmədli
  İcraçılar: Qərənfil Quliyeva
  Məqsəd: Son dövrdə Cənubi Azərbaycan mətbuatının tədqiqi ilə bağlısilsilə şəkilində məqalələr və əsərlər yazılmaqdadır. Bunların arasında “Varlıq” jurnalı ilə bağlı elmi, bədii məqalələr üstünlük təşkil edir. Bu materiallar bir daha sübut edir ki, Cənubda anadilli
mətbuatımızın inkişafı, tədqiqi diqqət mərkəzindədir. Bu xüsusiyyətlərini müəyyənləşdirmək və tədqiqat sahəsində əldə olunan uğurları və qüsurları açıb göstərmək.

4. AXC dövründə Azərbaycan publisistikası
  Mövzunun rəhbəri: Professor Cahangir Məmmədli
  İcraçılar: Aygün Əzimova

  Məqsəd:  AXC dövrü Azərbaycan mətbuatıının kəmiyyət və keyfiyyət dəyişiklikləri öyrənilməklə yanaşı bu dövrdə fəaliyyət göstərən qəzet və jurnallartədqiq və təhlil edilir. Xüsusilə “Azərbaycan” qəzetinin bu dövrdəki fəaliyyəti qiymətləndirilir. Dövlət quruculuğunda, yeni islahatların təbliğində aparııcı jurnalist və publisistlərin ədəbi irisinin əhəmiyyəti dəyərləndirilir. Azərbaycan Parlamentinin fəaliyyətinin qəzetdə işıqlandırılmasının forma və metodları tədqiq edilir.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət