2021-ci il
Mövzu rəhbəri: Prof. Həmid Alı oğlu Vəliyev
Mövzunun adı: Azərbaycan KİV-nin beynəlxalq əlaqələri
Mövzunun aktuallığı və məqsədi: Elmi tədqiqatın məramı Azərbaycanın Avropa Şurası və ATƏT qurumlarına inteqrasiyasını, müasir media dəyərlərinin ölkəmizin KİV sisteminə daşınmasını, ümumdünya və Avropa təşkilatlarının müvafiq qurumlarının ölkəmizin media sisteminə təsirini, demokratik KİV meyarlarının ölkə jurnalistikasında mənimsənilməsi prosesini araşdırmaqdır. Tədqiqat işinin məqsədi müasir demokratik media siyasətin əsas meyarlarını təhlil etmək və onların milli dövlətlərdə tətbiqi mexanizmlərini müəyyənləşdirmək və Azərbaycan mediasının ümumavropa informasiya sisteminin tərkib hissəsi olmaqla azad dünyanın KİV dəyərlərinin və peşəkarlıq standartlarının ölkə mətbuatına verdiyi töhfələri aydınlaşdırmaq və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Elmi tədqiqat işi 1. Azərbaycanın xarici siyasəti Böyük Britaniya mətbuatında
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Prof. Həmid Alı oğlu Vəliyev
Aktuallığı: İki ölkə arasında qarşılıqlı münasibətlərdə mühüm bir səhifəni 1998- ci il iyulun 19-24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri təşkil etdi. Qeyd etmək lazımdır ki, bu vaxtadək iki ölkə arasında münasibətlərin dərin təməlləri qurulmuş, əməkdaşlıq uğurlu olmuş, saziş və müqavilələr imzalanmış, lazımi hüquq-müqavilə bazası formalaşdırılmışdı.
Məqsədi: 1994-cü ildən 1998-ci ilədək iki ölkə arasında 14 müqavilə, saziş və memorandum imzalanmışdı. Çoxsaylı ingilis şirkətləri Azərbaycan Respublikasında fəaliyyət göstərirdilər.
Alınmış nəticələr: Tədqiqat dövründə Böyük Britaniya mətbuat tarixini, media sisteminin daxili strukturunu və müasir tendensiyaları araşdırılmışdır, elmi məqalələr çap etdirilmişdir.
Elmi tədqiqat işi 2. Beynəlxalq jurnalistikada müsahibə janrının xarakterik cəhətləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Prof. Nəsir Abbas oğlu Əhmədli
Aktuallığı: Jurnalistika janrları sistemində müsahibə ayrıca əhəmiyyətə malikdir. Jurnalistikada analitik janrların bir çoxunun digər ədəbi janrlarla, xüsusilə bədii janrlarla bəzi müştərəkliliyi nəzərə çarpsa da, müsahibə birbaşa media faktına bağlıdır və xüsusilə son illərdə böyük reytinq qazanmışdır.
Məqsədi: Müsahibə bir çox cəhətdən kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tutur. Əlbəttə, ilk növbədə müsahibə oxucu, tamaşaçı, dinləyici üçün çox maraqlı, dəyərli informasiya mənbəyidir.Son vaxtlar beynəlxalq jurnalistikada müsahibə janrı geniş yer tutur. Bunun ən parlaq nümunələrini 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici müxbirlərə verdiyi müsahilərdə gördük.
Alınmış nəticələr: Jurnalistikada analitik janrların bir çoxunun digər ədəbi janrlarla, xüsusilə bədii janrlarla bəzi müştərəkliliyi nəzərə çarpsa da, müsahibə birbaşa media faktına bağlıdır və xüsusilə son illərdə böyük reytinq qazanmışdır. Elmi işdə bu müsahibələrin xarakterik cəhətləri araşdırılır, beynəlxalq informasiya savaşında bu janrın imkanları dəyərləndirilmışdır.
Elmi tədqiqat işi 3. Türkiyə Respublikasının müasir mətbuatı
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Sabir Rza oğlu Məmmədli
Aktuallığı: Şərqi Türküstandan, Saxa-Yakutiyadan başlamış Mərkəzi Avropaya qədər, Kərkük, Hələb, Güzelyurt obalarından tutmuş Çuvaşıstana qədər – bütün bu torpaqlarda türklər yaşayır. O ərazilərdə ki, yerli əhali içərisində türklər çoxluq təşkil edir, hansı dövlətə aid olmasına baxmayaraq, o torpaqlara bütün türk xalqlarının milli birlik, milli təəssübkeşlik və milli ümumi ərazi varisliyi hüququ vardır. Hazırda türk dünyasına aid olan ərazilərdə 200 milyondan çox soydaşlarımız yaşayır. Müxtəlif dövlətlər, xalqlar və uluslar halında yaşayan türk qövmləri bir yumruq kimi birləşsə, dünya siyasətini yönəldən ən təsirli gücə çevrilmişdir. Türk xalqlarının birliyinin təmin edilməsində dövlətlərarası təşkilatların rolu əvəzsiz olsa da, onun reallaşmasında, əhalinin bütün zümrəsinə çatdırılmasında, qarşıda duran məqsəd və vəzifələrin həyata keçməsində, ictimai şüurun formalaşmasında media vasitələrinin üzərinə böyük məsuliyyət düşür.
Məqsədi: Türkiyə mətbuatının formalaşması prosesini araşdırmaq, ölkənin media şirkətlərinin fəaliyətini təhlil etmək, aparıcı mətbuat orqanlarının məzmun və mahiyyətini açıqlamaq, ölkənin yerli mətbuatının xüsusiyyətlərini göstərməkdir.
Alınmış nəticələr: Türkiyə Cümhuriyyətində bütövlükdə vahid KİV sistemi mövcuddur, onun ayrı-ayrı qolları üğurla fəaliiyət göstərir. Olkədə bir sıra media şirkətləri mövcuddur, ümummilli qəzetlər fəaliyyət göstərir. Bölgə mətbuatı Türkiyənin demokratik inkişafının göstəricisi kimi çıxış edir. 2004-cü ildə qəbul olunmuş yeni KİV haqqında qanun müasir tələblərə cavab verir və medianın hüquqi əsasını təşkil edir.
Elmi tədqiqat işi 4. Jurnalist etikasının tarixi aspektləri və bugünü: müqayisəli təhlil
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Təranə Ələddin qızı Mahmudova
Aktuallığı: Yeni medianın gəlişi ilə jurnalistika və kommunikasiya sahəsində köklü dəyişikliklər baş verdi. Əvvəllər jurnalistika peşəkarların sənəti sayılırdı və bu sahədə işləyə bilmək üçün təhsil ali təhsil və peşə hazırlığı tələb olunurdu. Lakin XXI əsr jurnalistikası artıq bu qədər sabit və dəyişməz standartlara əsasən çalışmır. Bu isə jurnalistika sahəsində xaosa və qeyri-müəyyənliyə səbəb olur. Bu mövzunun aktuallığı onunla əlaqədardır ki, etik prinsiplərin və peşə normalarının sürətlə pozulduğu bir ortamda vəziyyəti düzəltmək yolunda atıla biləcək addımlar nəzərdən keçirilsin.
Məqsədi: Müasir dünyamızda informasiyanın dəyəri və əhəmiyyəti bəşəriyyətin heç bir dönəmində olmadığı qədər artmışdır. XX əsrin sonlarında və XXI əsrin ilk illərində müasir dünyanın o vaxtkı “simasını” səciyyələndirən informasiya cəmiyyəti haqqında elmi mühakimələr və nəzəriyyələr səviyyəsində söhbətlər aparılırdısa, artıq informasiyanın açıq dövr etdiyi yeni tipli cəmiyyət quruculuğunda böyük uğurlar qazanıldığını əminliklə söyləmək olar. İndiyədək, yəni adına informasiya cəmiyyəti dediyimiz ictimai-siyasi formasiyanın gerçəkliyinin dünya miqyasında böyük üstünlüklə qəbul edildiyi zamanadək informasiya və onunla bağlı bütün mülahizələr bu qədər önəmli və qlobal xarakter daşımamışdı. Bu prosesin hərəkətverici qüvvəsi isə, heç şübhəsiz ki, İnternet və yeni media vasitələridir.
Alınmış nəticələr: Təbii ki, internet jurnalistikası hələ özünün ilkin çağlarını yaşayır. Başqa sözlə, internet və ya onlayn jurnalistikası adlanan kommunikasiya sahəsinin perspektivləri çox böyükdür. Lakin internet jurnalistikasının da müəyyən problemləri var. Bu problemlərdən biri və ən əsası onun etik tərəfidir. Bu sahədə baş verənlər internet jurnalistikanın hüquqi və ya etik standartlarının yeni bir formasını yaratmağı zəruri edir. Bu mənada ənənvi mediada təxminən bir əsr əvvəl başlamış analoji təcrübənin prosesə təsiri necə ola bilər? Hansı oxşar və fərqli cəhətlər mövcuddur? Mövcud durum daha hansı amilləri vacib hesab edir? Tədqiqat işi bu suallara cavab tapmağa calışılmışdır.
Elmi tədqiqat işi 5. İnformasiya müharibəsində yeni texnologiyaların tətbiqi xüsusiyyətləri
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Vüqar Zifər oğlu Əliyev
Aktuallığı: Texnologiyaların inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” və “informasiya müharibəsi” terminləri geniş istifadə edilməkdədir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə deməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində əsas üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunur. Hazırda Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra yaratdığı yeni geosiyasi reallıqıar fonunda düşmən, ölkəmizə qarşı ciddi şəkildə informasiya müharibəsi aparmaqdadır və bu mövzunun aktuallığını şərtləndirən ən vacib amildir.
Məqsədi: Məqsəd informasiya müharibəsinin yeni modellərinin öyrənilməsi və tətbiqi xüsusiyyətlərini araşdırmaqdır.
Alınmış nəticələr: Təqdqiqat nəticəsində alınmış nəticələr: 1.Azərbaycanın media məkanına yalnız Ermənistan deyil, eyni zamanda erməni lobbisinin təsiri altında olan bir sıra beynəlxalq media quruluşları vasitəsi ilə də ciddi informasiya müharibəsi aparılmaqdadır; 2.Yeni modellər əsasən sosial media vasitəsilə həyata keçirilir. Bu zaman “fake” profil və səhifələr vasitəsi ilə informasiya məkanımıza müdaxilə edilir, müxtəlif məzmunlu dezinformasiyalar və kontenti manipulyasiyalara məruz qalmış informasiyalar ötürülür; 3.Hazırda informasiya müharibəsinin parılmasında müxtəlif internet alətlərdən geniş şəkildə istifadə edilir. Daha çox rəsm və video çəkilişlər üzərində aparılan kontent dəyişiklikləri ilə, reallığı təhrif etmək və tamamilə əks görüntü yaradaraq müxtəlif çaşqınlıq və inamsızlıq yaratmaq hədəf kimi götürülür. 44 Vətən müharibəsi və ondan sonrakı dövrdə ermənilər bu texnologiyadan geniş şəkildə istifadə etməkdədirlər.
Elmi tədqiqat işi 6. Türk dövlətlərinin qarşılıqlı fəaliyyətini tənzimləmək məqsədilə yaradılmış dövlətlərarası qurumlar və onların fəaliyyəti
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Pərvanə Yəhya qızı İbrahimova
XX əsrin sonlarında yeni müstəqil Türk dövlətlərinin yaranması və türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin ənənəvi xarakter alması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, TÜRKSOY və TÜRKPA-nın türk birliyinin möhkəmləndirilməsində rolu, türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular.
Aktuallığı: Türkdilli ölkələrin əməkdaşlıq əlaqələri, xüsusilə Aərbaycan-Türkiyə münasibətləri hər keçən gün artmaqda və daha da inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsinin çoxşaxəli və geniş olması mövzunun aktuallığını şərtləndirən əsas amillərdəndir.
Məqsədi: Türkdilli dövlətlər siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyət göstərir, əbədi dostluq və qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaradırlar. Eyni zamanda, regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər. Mövzu məhz bu məqsədlə tədqiqata cəlb edilmişdir.
Alınmış nəticələr: Mövzu ilə bağlı alınmış nəticələr ümumiləşdirilmiş, məqalə, tezis hazırlanmış, konfrans materialı kimi təqdim edilmiş və çap edilmişdir.
Elmi tədqiqat işi 7. Azərbaycanda “Vətən müharibəsi” Türkiyə və Rusiya KİV-də
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dos. Aytəkin Əli qızı Zeynalova
Aktuallığı:44 gün davam edən Vətən Müharibəsinin Türkiyə mediasında “Haber Qlobal”, “A Haber”, “TRT 1” teliviziya kanallarında canlı yayımla teror aktlarını yayımlayaraq verdikləri dəstək dünyaya Haqq savaşımızı çatdırmağa.vəsilə oldu. Və bütün Türk birliyinin dünyaya nümayiş etdirdi. Rus mediasında “İtar Tass” media agentliyində, Rosiyya 1 TV kanalının “60 dəqiqə” verlişində, “Pervıy kanal” televiziyasında 44 gün boyunca Vətən Müharibəsi ilə bağlı təhlillər, videoreportajlar efirə verilib.. Hətta Maksim Şevçenko öz youtube kanalında 44 gün boyunca, İqor Koroteçenko “60 dəqiqə” verlişində Azərbaycanın haqq savaşını işıqlandırıblar.
Məqsədi: Vətən Müharibəsinin mediada işıqlandırılması elmi təhlilə cəlb olunmalıdır.
Alınmış nəticələr: Müasir dövrdə dünya jurnalistikasında geniş formada eyniləşmə prosesi müşahidə olunur. Bu meyllər hazırda media sahəsində hökmranlıq edir. Zaman axarında Avropa ölkələrinin jurnalist təcrübəsində, KİV qanunvericiliyində oxşar, ortaq meyarlar yaranır və bu yaxınlaşma getdikcə daha da güclənir, qabarıq şəkil alır. Beynəlxalq təşkilatlar meydana gəldiyi dövrdə isə bu universallaşma prosesi sürətlənmişdir. İstənilən ölkənin siyasəti münaqişələrin həlli prosesi gedişində daha çox nəzərə çarpır. Bu zaman yalnız həmin tərəflərin deyil, eyni zamanda coğrafi baxımdan yaxın, dil,din və s. kimi faktorlara görə yaxın ölkələrin informasiya siyasəti də açıq aşkar ortaya qoyulur. Həmçinin İkinci Dağlıq Qarabağ vətən müharibəsi də bir sıra ölkələrin informasiya sahəsində dövlət siyasətini daha qabarıq şəkildə ortaya qoydu və onların müqayisəli cəhətlərini aşkara çıxarmışdır.
Elmi tədqiqat işi 8. Beynəlxalq mediada data jurnalistikası anlayışı (2020-2021)
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Vəfa Zahid qızı İsgəndərova
Aktuallığı: Müasir medianın sahələrindən biri olan Data jurnalistikası rəqəmsal məlumatların istehsalından ibarətdir, yəni digitallaşdırma və paylamadan, daha dəqiq desək, vizuallaşdırmadan istifadə edərək informasiyanın yayılmasıdır. Vizualizasiyadan sonra jurnalistlər bir hekayə yarada bilirlər. Jurnalistin vəzifəsi isə daha dərin şəkildə sosial platformalar, statistika idarələri, QHT və ya hökumət bazaları kimi məlumat maşınlarını istifadə edərək məlumatları toplamaq, sonra analiz edərək gözə çarpan vəziyyətə gətirmək və media orqanlarının profilinə uyğun olaraq bir hekayə kimi başa çatdırmaqdır. Bu sahə, məzmun istehsalçıları ilə dizayn, informatika və statistika kimi digər sahələr arasında qarşılıqlı əlaqələrin artan rolunu vurğulayır. Bu müxtəlif sahələrdə olan bir sıra üstünlükləri özündə birləşdirir. Sözügedən sahə ilə bağlı Azərbaycan dilində araşdırmalar azlıq təşkil edir. Məhz ona görə də bu tədqiqat işini aktual hesab etmək olar.
Məqsədi: Tanınmış media orqanlarının əksəriyyəti data jurnalistikasından geniş şəkildə istifadə edir. Ancaq bu, Azərbaycan jurnalistika elmində və təhsilində yeni və araşdırılmamış bir sahədir. Azərbaycan dilində Data Jurnalistikasının yeganə mənbəyi Mingəçevir Dövlət Universitetindən Kərim Əliyevin Azərbaycan dilinə tərcümə etdiyi J. Gray, L. Bounegru və L. Chambers-in “Data Journalism Handbook” dur. Avropa Şurası tərəfindən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası, Ukrayna və Belarusiya üçün Proqramlı Əməkdaşlıq Çərçivəsində nəşr olunan Yeni Media Jurnalistika kitabında Aynur Bəşirli, Xanım Cavadova, Səbinə İzzətlinin yazdığı Data jurnalistika adlı bir məqalə mövcuddur.Əsas məqsəd data jurnalistikasının Azərbaycan internet mediasında tətbiqini araşdırmaq və azərbaycan dilində mənbə hazırlamaqdır.
Alınmış nəticələr: Beynəlxalq mediada Data jurnalistikası anlayışını nəzəri və praktik cəhətdən Azərbaycan internet mediasına tətbiq etmək vacibdir. Bununla bağlı ali təhsil müəssisələri üçün dərslik hazırlamağa başlamışam və birinci hissəni tamamlamışam. Eyni zamanda mövzu ilə əlaqədar müxtəli yerli və beynəlxalq konfranslarda məruzələr etmişəm. Həmçinin Türkiyənin Journal of Awarness dərgisində “Does Azerbaijani social media use data analysis as news” adlı məqalə dərc etdirmişəm.
Elmi tədqiqat işi 9. Azərbaycanda medianın inkişafı, dünya kommunikasiya texnologiyaları və müasir qlobal məkanda aparıcı dövlətlərin informasiya cəmiyyətinə keçməsini təmin edən əsas amillər.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Arzu Sahib qızı Məmmədova
Aktuallığı: İnformasiya cəmiyyəti bu gün sosial münasibətlərin problemlərini əks etdirir. Böyük daxili demokratik potensiala malik olmaqla, hər hansı bir dövlət qurumu və ya özəl şirkətə müxtəlif məlumatların dərci və onlara çıxışın təşkili yolu ilə vətəndaşlar üçün açıq olmasına imkan verir, bu cəmiyyət ənənəvi olduğu kimi olanlar heterojen, təbəqələrə, varlılara və kasıblara bölünürlər. XXI əsrin əvvəllərində informasiya cəmiyyətinin inkişaf tendensiyalarını öyrənmək, dövlətin iqtisadi, siyasi, sosial resursları ilə onun informasiya vəziyyəti arasında əlaqəni qurmaq. Azərbaycanda medianın inkişafı, dünya kommunikasiya texnologiyaları və müasir qlobal məkanda aparıcı dövlətlərin informasiya cəmiyyətinə keçməsini təmin edən əsas amillər Bu sahədə qabaqcıl dünya təcrübəsi ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına xidmət edir.
Məqsədi: informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə etməklə informasiya cəmiyyətinə keçidi təmin etməkdir.
Alınmış nəticələr: Araşdırma nəticəsində məlum olub ki, ölkədə dövlətin, sosial institutların, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin, bütövlükdə cəmiyyətin maraqlarını təmin edən informasiya cəmiyyətinə keçid üçün əlverişli mühit formalaşıb. və onun ayrı-ayrı üzvləri ilə 10 il ərzində daha geniş nəticələr əldə ediləcək.
2022-ci il
Mövzu rəhbəri: Prof. Həmid Alı oğlu Vəliyev
Mövzunun adı: İnformasiya müharibəsi beynəlxalq jurnalistikanın başlıca problemi kimi
Mövzunun aktuallığı və məqsədi: Elmi tədqiqatın məramı Azərbaycanın Avropa Şurası və ATƏT qurumlarına inteqrasiyasını, müasir media dəyərlərinin ölkəmizin KİV sisteminə daşınmasını, ümumdünya və Avropa təşkilatlarının müvafiq qurumlarının ölkəmizin media sisteminə təsirini, demokratik KİV meyarlarının ölkə jurnalistikasında mənimsənilməsi prosesini araşdırmaqdır. Tədqiqat işinin məqsədi müasir demokratik media siyasətin əsas meyarlarını təhlil etmək və onların milli dövlətlərdə tətbiqi mexanizmlərini müəyyənləşdirmək və Azərbaycan mediasının ümumavropa informasiya sisteminin tərkib hissəsi olmaqla azad dünyanın KİV dəyərlərinin və peşəkarlıq standartlarının ölkə mətbuatına verdiyi töhfələri aydınlaşdırmaq və inkişaf perspektivlərini müəyyənləşdirməkdir.
Elmi tədqiqat işi 1. Azərbaycanın iqtisadi həyatı Böyük Britaniya mətbuatında.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Vəliyev Həmid Alı oğlu
Aktuallığı: İnsan hüquqları və demokratiya sahələrində Azərbaycanın inkişafı son illər diqqəti daha çox cəlb edən məsələlərdən olmuşdur. Hər bir ölkə öz inkişaf tempini müəyyən etmək hüququna malikdir. Suveren, müstəqil dövlət kimi Azərbaycan rəhbərliyi də dövlətçilik maraqlarına uyğun inkişaf modelinə dair qərarını qəbul edəcək. Lakin Böyük Britaniyanın mövqeyi aydındır. Böyük Britaniya ilə Azərbaycan arasındakı əməkdaşlığın öyrənilib tədqiq edilməsi həmişə aktualdır. Böyük Britaniya dünyanın nüfuzlu ölkələrindən biri sayılır. Azərbaycanın belə bir ölkə ilə əməkdaşlığa meylli olması həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə uğur qazanılmasına kömək edir. Müasir dövrdə Böyük Britaniya ilə Azərbaycanda arasında əməkdaşlıq təkcə neft sektorunda deyil, o cümlədən, kənd təsərüfatı sahəsində də uğurla davam edir. Bu əmədaşlıq Azərbaycanla yanaşı Böyük Britaniya mətbuatında da öz əksini tapır.
Məqsədi: Biz açıqlıq, şəffaflıq, cəmiyyətin məşğulluğu, vətəndaş cəmiyyətinin aktiv və canlı olduğu, müxtəlif fikirlərə cəmiyyəti təhdid edən faktor kimi deyil, onlara qiymət verilən, uzunmüddətli perspektivdə stabil və uğurlu bir cəmiyyətin yaranacağına ümid edirik. Bu, bizim bütün tərəfdaşlarımıza məsləhət bildiyimiz, cəmiyyətimizin inkişaf istiqamətlərini idarə edən fəlsəfəmizdir. Biz əminik ki, istənilən məsələlərin müzakirəsi qarşılıqlı hörmət, balansın qorunması və daxildə gec olmayaraq islahatların aparılması ilə mümkündür. Məqsəd bütün sahələrdə beynəlxalq təcrübədən səmərəli istifadə edilməsinə şərait yaratmaqdır.
Alınmış nəticələr: Ölkəmizin iqtisadi həyatının Böyük Britaniya mətbuatında hənsı mövqedən işıqlandırılması tədqiqata cəlb olunub və təhlil edilmişdir.
Elmi tədqiqat işi 2. İrak türklərinin müasir mətbuatı.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Məmmədli Sabir Rza oğlu
Aktuallığı: Hər bir türk xalqının, o cümlədən İraq türklərinin mətbuat tarixini araşdırmaq, tədqiq etmək böyük əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq lazımdır ki, İraqda qəzet nəşrinin əsası türklər tərəfindən qoyulmuş və ilk mətbuat orqanı da məhz türk dilində işıq üzü görmüşdür. Hələ XIV əsrdən başlayaraq müasir İraq dövlətinin ərazisi müxtəlif türk hökmdarlarının yaratdıqları dövlətlərin tərkibində olmuş, sonralar bu ərazilər Əmir Teymur tərəfindən tutulmuşdur. Teymurilər dövlətinin süqutundan sonra İraq torpaqları tarixin axarında Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının idarəçiliyində olmuş və 1534-cü ildə bu torpaqlar Osmanlı imperiyasının tərkibinə daxil edilmişdir. Müasir İraq ərazisi 1918-ci ilədək Osmanlı imperiyasının bir vilayəti hesab olunurdu. XIX əsrin ortalarında Osmanlı hökumətinin Bağdada təyin etdiyi vali Midhət Paşa öz fəaliyyətini Fransadan bir mətbəə almaqla və qısa müddətdə onu Bağdadda yerləşdirməklə başlamışdır. Midhət Paşanın ilk təlimatı da bu mətbəənin yaradılması ilə əlaqədar olmuşdur. Az bir zaman keçdikdən sonra mətbəədə “El-Zevra” başlıqlı qəzet nəşr olunmağa başlanmışdır. Qəzet iki dildə nəşr olunurdu: türk və ərəb dillərində. “Zevra” qəzeti həftəlik olaraq 4 səhifədə çıxırdı. Onun nəşri 49 il davam etmişdir. Həmin dövrdən indiyədək İraq türklərinin yüzdən artıq mətbuat orqanı yaradılmış və fəaliyyət göstərmişdir. Hazırda İraq türklərinin müxtəlif xarakterli qəzet və jurnalları çıxır. Bunların böuük əksəriyyəti Kərkükdə nəşr olunub yayımlanır və İraq türklərinin milli mücadilə sistemində önəmli yer tutur.
Məqsədi: Iraq türklərinin mətbuatının formalaşması prosesini araşdırmaq, qəzet və jurnalların mahiyyətini, ictimai-siyasi xarakterini üzə çıxarmaq, naşirləri, təsisçiləri haqqında bilgi vermək və bu media vasitələrinin milli mücadilə sistemində rolunu müəyyənləşdirməkdir.
Alınmış nəticələr: Bütövlükdə, tarix boyu böyük təzyiqlərlə məruz qalmış, eyni zamanda böyük fədakarlıqlar göstərmiş İraq türk mətbuat orqanları xalqın gələcəyini işıqlandırmaqla, milli məqsəd və vəzifələrini müəyyənləşdirməklə bu gün də milli mücadilə yolunda böyük işlər görməkdədir və milli davada fəal rol oynayır. Millətin mücadiləsinə öz töhfəsini verən tanınmış yazarlar, işıqlı insanlar, fəal gənclər qəzet və dərgilər nəşr etdirməklə xalqın dərdlərini, qarşıdakı probləmlərini qələmə alır, müzakirə edir və çıxış yollarını göstərirlər.
Elmi tədqiqat işi 3. Sosial medianın hüquqi baxımdan tənzimlənməsində beynəlxalq təcrübə.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Mahmudova Təranə Ələddin qızı
Aktuallığı: Rəqəmsal informasiya-kommunikasiya texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Artıq insanlar həyatlarını yeni mediasız təsəvvür etmirlər. Sürət və qlobal çatımlılıq kimi cəhətləri sayəsində yeni media ənənəvi medianı böyük fərqlə üstələyir. Hazırda sosial media qlobal ictimaiyyət tərəfindən geniş istifadə olunan əsas platformalar kimi müəyyən edilə bilər. Sosial medianın biznes məqsədləri üçün də istifadə edilməsi nəzərdə tutulur ki, bu da maddi baxımdan istifadəçilərə gəlir gətirə bilir. Bu və digər xüsusiyyətlər onları istiadədə praktik və məqsədyönlü edir. Lakin sayılan bu xüsusiyyətlərlə yanaşı, yeni və/və ya sosial media bir sıra nöqsanlarla da gündəmə gəlir. Bu da əsasən sosial mediann hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı olduqca mühüm məsələlərdir. Sürətlə dəyişən sürətli kütləvi kommunikasiya mühitində sosial medianın qanunvericilik bazasının hazırlanması və tənzimlənməsi çox vacibdir, çünki biz yeni media ilə bağlı çağırışları daha çox eşidirik. Əslində bu məsələ artıq ekspertlər və əlaqədar təşkilatlar tərəfindən də gündəmə gətirilir. Bu mövzu ətrafında aparılan müzakirələr, bu məsələnin əhəmiyyətini vurğulayan hallar getdikcə artır.
Məqsədi: Yuxarıda sadalanan amillər göstərir ki, sosial medianın universal xarakter daşıması ilə əlaqədar məsələlərin qlobal səviyyədə müzakirə edilməsi zəruridir. Bu araşdırmann məqsədi görülən tədbir və sınaqların mahiyyəti haqqında ətraflı məlumat almamızı təmin etməkdir.
Alınmış nəticələr: Araşdırma göstərir ki, qlobal səviyyədə sosial mediaya heyranlıq hissi bir sıra praktik məsələ və problemlərin təsiri ilə arxa plana keçməkdədir. Bu özünü ilk növbədə bir sıra ölkələrin sosial medianı tənzimləmək planlarında və tədbirlərində göstərir. Bu meyarlar və addımlar bəzi xüsusiyyətlərinə görə bir-birindən fərqlənsə də bütövlükdə ümumi məqsədə xidmət edir.
Elmi tədqiqat işi 4. İkinci Qarabağ müharibəsinin türkdilli ölkələrin media orqanlarında əks olunması.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: İbrahimova Pərvanə Yəhya qızı
Aktuallığı: İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən aparıcı dünya mətbuatı, əsas informasiya resursları silsilə yazılara start vermiş, təqdim olunan materialların əksəriyyətində jurnalistikanın prinsip və funksiyalarına əməl etməmiş, Dağlıq Qarabağı mübahisəli və ermənilərin çoxluq təşkil etdikləri anklav kimi təqdim edərək birtərəfli mövqe sərgiləmişdir. Qərb və Rusiya mətbuatından fərqli olaraq Türkiyə mətbuatı, əsas televiziya kanalları obyektiv və həqiqətə söykənən mövqeyi ilə ölkəmizə tam və birmənalı informasiya dəstəyi vermiş, hazırladıqları materiallarda ədalətli yanaşma sərgiləmiş, Gəncə, Bərdə, Tərtər və digər ərazilərə edilən raket hücumu, mülki əhalinin öldürülməsi kimi məlumatlar əsas mövzulardan olmuşdur. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə ümumən Türk dünyasının zəfəri olduğundan onun dünyada nüfuzunun artmasına səbəb olmuşdur. Vətən müharibəsi zamanı Türk dövlətlərinin mediası, xüsusən sosial media istifadəçiləri Azərbaycana açıq dəstək nümayiş etdirmişdir. Qeyd edilənlər və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memoranduma əsasən Türkiyə-Azərbaycan arasında media sahəsində əməkdaşlığı ehtiva edən Media platformasının həm də digər türk dövlətlərini əhatə etməsi vahid informasiya siyasəti istiqamətində görülən işlər olaraq mövzunun aktuallığını şərtləndirmişdir.
Məqsədi: Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması onların bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə türk xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlıq, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, qarşılıqlı əlaqələr və s. irəli sürülmüşdü. Türkdilli ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının vahid kommunikasiya platformasını yaratmaq məqsədilə reallaşan Media platforması artıq öz bəhrəsini verməkdədir. Qısa müddət ərzində bu platformaya digər türkdilli dövlətlərin qoşulması əhəmiyyətli bir hadisədir. Bu platforma vasitəsilə türk dövlətlərinin mediası inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir və bu, vahid informasiya məkanının yaradılması və xalqların məlumatlandırılması məsələsində öz bəhrəsini verməkdədir. Türk dövlətlərinin birliyi və Türkiyə-Azərbaycan Media platformasının uğurlu fəaliyyəti nəticəsində həm də bu sahədə yaxınlaşma tədqiq edilən mövzunun vahid resursdan yararlanaraq daha geniş yayımı məqsədi daşımışdır.
Alınmış nəticələr: İkinci Qarabağ müharibəsində Türkiyə mediası Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmış və beynəlxalq aləmdə intensiv informasiya siyasəti həyata keçirmişdir. Yaranma ideyası Vətən müharibəsindən öncə irəli sürülmüş Türkiyə- Azərbaycan Media platforması genişlənərək digər türk dövlətlərini əhatə etmiş, vahid informasiya siyasəti aparmaq baxımından faydalı olmuşdur. 44 günlük Vətən müharibəsində döyüş sahəsində göstərilmiş şücaətlər, eyni zamanda, Türkiyə və Azərbaycan mediasının birgə, səmərəli fəaliyyəti, digər türk dövlətlərinin kütləvi informasiya vasitələrinin canlanmasına səbəb olmuş, bu isə beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, problemin vahid şəkildə dünya arenasına çıxarılması, o cümlədən gəlinən nəticələrin ümumiləşdirilməsi baxımından faydalı olmuşdur.
Elmi tədqiqat işi 5. Ermənistanın Azərbaycan qarşısında apardığı informasiya müharibəsinin səciyyəvi xüsusiyyətləri.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Əliyev Vüqar Zifər oğlu
Aktuallığı: XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı apardığı informasiya müharibəsi strategiyası müəyyən ideoloji taktikalarla həyata keçirilir. Hər şeydən əvvəl ermənilərin azərbaycanlılara qarşı informasiya müharibəsində ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlərdən istifadə olunur. Məsələn, onlar azərbaycanlıları “vəhşi”, “köçəri”, erməniləri isə “qədim tarixə malik”, “mədəni” xalq kimi dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya mübarizəsinin bütün imkanlarından istifadə etmiş və bundan sonra bu iki xalqın birlikdə yaşaya bilməyəcəkləri ideyasını qlobal informasiya məkanında ictimai şüura yeritməyə çalışmışlar. Bildiyimiz kimi, erməni diasporunun təbliğat işində media hər zaman xüsusi yeri ilə seçilib. Xarici ölkələrdə, xüsusilə, Birləşmiş Ştatlarda güclü maliyyə dəstəyinə malik olan erməni KİV-ləri geniş informasiya şəbəkəsinə malikdirlər. Qərb ölkələrində bu gün Ermənistanın xarici siyasət prioritetlərini dəstəkləyən və təbliğatını quran ingilis və erməni dillərində yayımlanan kifayət qədər qəzet və jurnallar, TV və radio proqramları mövcuddur. "Erməni məsələsi"nə həsr olunan yazılara böyük qonarar verməklə erməni qəzet və jurnalları qeyri-erməni jurnalistləri onlarla əməkdaşlığa cəlb etməyə çalışır və çox zaman buna müvəffəq olurlar. TV-də tez-tez erməni filmləri nümayiş etdirilir, radio proqramlarda erməni musiqisi səsləndirilir. Bu proses yalnız ənənəvi KİV ilə deyil, eyni zamanda yeni media vasitələri üzərindən də aparılmaqdadır.
Məqsədi: Ermənistanın Azərbaycan qarşısında apardığı informasiya müharibəsinin səciyyəvi xüsusiyyətləri araşdırmaqdır......
Alınmış nəticələr: Təqdqiqat nəticəsində alınmış nəticələr: 1.Azərbaycanın media məkanına yalnız Ermənistan deyil, eyni zamanda erməni lobbisinin təsiri altında olan bir sıra beynəlxalq media quruluşları vasitəsi ilə də ciddi informasiya müharibəsi aparılmaqdadır; 2. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aparılan informasiya müharibəsi yeni boyut qazanmaqdadır və spesifikliyinə görə seçilir; 3.Ermənistanın apardığı informasiya müharivəsində Rusiya və Qərb media platformalarından geniş şəkildə istifadə edilməkdədir; 4. Ermənistan bizə qarşı apardığı informasiya müharibəsində həm ənənəvi KİV, həm də yeni media alətlərindən, o cümlədən sosial mediadan geniş şəkildə istifadə edir. Bu zaman “fake” profil və səhifələr vasitəsi ilə informasiya məkanımıza müdaxilə edilir, müxtəlif məzmunlu dezinformasiyalar və kontenti manipulyasiyalara məruz qalmış informasiyalar ötürülür.
Elmi tədqiqat işi 6. II Qarabağ müharibəsi və onun həqiqətlər Avropa ölkələrinin media sistemində.
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Zeynalova Aytəkin Əli qızı
Aktuallığı: Vətən müharibəsi zamanı informasiya məkanı çox həssas bir dövrünü yaşadı. Kütləvi İnformasiya Vasitələri öz fəaliyyətini müharibə şəraitinin tələb etdiyi qaydalara uyğun qurmağa çalışdı. Demək olar ki, bütün media mənsubları dərc etdirdikləri materiallarda daha çox bu istiqamətlərdə fəaliyyət göstərdilər: informasiya təhlükəsizliyinin qorunmasını təmin etmək, informasiya siyasətini düzgün qurmaq, informasiya savaşında qətiyyən uduzmamaq, şayiələrə əsaslanan hər hansıməlumatı yaymamaq, xaricdən sızan informasiyalara həssaslıqla yanaşmaq, onlara uymamaq, yalnız rəsmi mənbələrə istinad etmək. Dünyanın aparıcı mediası 44 günlük Vətən Müharibəsinin nəticələrini təhlil edirdi. ABŞ mediası “Nyu-York tayms” və “Vaşinqton post” qəzetlərinin timsalında bölgədə Rusiyanın öz hərbi-siyasi təsirini gücləndirməsi və Moskvanın tərəflərlə hədə dilində danışması barədə yazır. Ölkə telekanallarında (CNN, NBC, SNBC,FOX News və s.) da Kremlin hərbi gücdən istifadə edərək keçmiş sovet respublikaları ərazisində münaqişələr yaratmasından və bu üsulla müstəqil dövlətləri öz təsiri altında saxlamağa çalışmasından danışılırdı. Almaniyanın nüfuzlu “Spiegel”jurnalında çap olunmuş “Dağlıq Qarabağ münaqişəsi: Qərb Ermənistanı niyə satdı?”(“Berg-Karabach-Konflikt: Warum Armenien vom Westen verraten wird”) adlı məqaləsi xristian fundamentalizminin tipik nümunəsi sayıla bilər.
Məqsədi: II Qarabağ müharibəsi və onun həqiqətlər Avropa ölkələrinin media sistemində dedikdə biz bura bir çox ölkələrin media sistemini daxil edə bilərik: 1. Dünyanın ən böyük transmilli media orqanları, Rusiyanın rəsmi informasiya agentlikləri və qeyri-rəsmi kanalları 44 gün ərzində demək olar ki, hər gün münaqişə ilə bağlı xəbərlərə yer ayırdı. Ancaq media orqanlarının bəziləri jurnalistikanın norma və prinsiplərindən kənara çıxaraq qərəzli və birtərəfli məqalələr yayımladı, bəziləri isə xüsusən də, Türkiyə və bir sıra Şərq ölkələrinin kommunikasiya vasitələri hadisələri olduğu kimi təqdim etdi, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. 2. Münaqişənin təsvirində ən radikal mövqeni Reuters informasiya agentliyi tutmuşdur. Thomson Reuters-in xəbər və media şöbəsi olan Reuters, hər gün bir milyarddan çox insana çatan dünyanın ən böyük beynəlxalq multimedia xəbər provayderidir. Agentlik xəbərlərində Dağlıq Qarabağı Azərbaycandan ayrı tərəf kimi təqdim etmiş, onun separatçılarının Azərbaycanla döyüşdüyünü vurğulamışdır. 3. Dünyanın ən böyük transmilli orqanlarından biri olan The New York Times qəzetində Dağlıq Qarabağla bağlı yazıların əksəriyyətinin müəllifi xarici ölkələr, əsasən də Rusiya üzrə müxbir olan Pulitser mükafatlı Andrew Kramer olmuşdur. Müharibənin ilk günündə yayımlanan “Ermənistanla Azərbaycan arasındakı mübarizə daha böyük güclərin cəlb olunması risqi ilə bağlıdır” adlı geniş araşdırma yazısında hər iki tərəfin mövqeyi bildirilməklə, bir çox digər məqamlar açıqlanmaqla müəyyən qədər obyektiv yanaşma ortaya qoyulmuşdur 4. Qətər Əmirliyinə məxsus beynəlxalq telekompaniya – “Al-Jazeera”da məsələyə obyektiv yanaşmalar çox olmuşdur. Azərbaycan Respublikasında olan Sinem Köseoğlu və Ermənistanda olan xüsusi müxbir Bernard Smith bir reportajda öz çəkdikləri süjetləri təqdim etmişdilər.
Alınmış nəticələr: 44 günlük Dağlıq Qarabağ müharibəsinin avropa mediasında işıqlandırılması onu göstərdi ki, Azərbaycanın haqq səsini doğru qərəssiz, vicdanlı şəkildə dünyaya çatdıran media orqanları ilə yanaşı, erməni əsilli jurnalistlər çoxluq təşkil edirdi və onların müəllif olduğu yazılarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunurdu.
Elmi tədqiqat işi 7. Data jurnalistikasının yaranması və inkişaf tendensiyası (2021- 2022).
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: İsgəndərova Vəfa Zahid qızı
Aktuallığı: 20-ci əsrin sonlarından etibarən texnologiya sahəsindəki yeniliklər ümumilikdə cəmiyyətdə, spesifik olaraq isə media və kommunikasiya sahəsində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Dünyada inkişaf dinamikasını yaşayan data jurnalistikası rəqəmsal medianın ayrılmaz tərkib hissəsi kimi hələ də aktualdır. Bir çox Qərb ölkələrində sözügedən trend çox geniş yayılmışdır. Xüsusən də yeni media orqanları data təqdimatlardan çox geniş şəkildə istifadə edir. Onun yaranma tarixi isə qədim dövrlərə gedib çıxır. Bəzi araşdırıcılar və jurnalistlər hesab edirlər ki, data jurnalistikası sahəsi yeni medianın bir hissəsidir və müasir dövrdə meydana gəlmişdir. Ancaq bu yanlış təsəvvürdür. Çünki məlumatların ilk dəfə nə zaman vizuallaşdırılması dəqiq məlum deyil. Bu arxeoloji qazıntılar nəticəsində tapılan əşyaların üzərində həkk olunan məlumat da ola bilər, toxunma sənəti nümunələri də ola bilər, ibtidai insanların yaratdıqları divar rəsmləri və ya qrafik cizgilər də ola bilər. Bu haqda xarici dillərdə olan mənbələrdə bir çox araşdırma və tədqiqat işləri ilə mövcuddur. Onları araşdırdıqca da mövzunun aktuallığı göz önünə gəlir. XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edən inkişaf dinamikası data jurnalistikasını bir qədər də irəli aparmışdır.
Məqsədi: Araşdırmanın əsas məqsədi data jurnalistikasının yaranmasından bu günə qədərki inkiaşf tendensiyasını izləməklə vacib olan detalları, müsbət və mənfi tərəfləri təhlil etmək və Azərbaycanda yeni yaranan sözügedən istiqamətin çatışmayan cəhətlərinin müəyən edərək aradan qaldırılmasına səy göstərməkdir. Çünki digər ölkələrin nümunələri və təcrübələri üzərində tədqiqat aparmaq və nəticələr əldə etmək gələcəkdə perspektiv vəd verir. Ona görə də onu araşdırmaq və yerli media subyektlərinə tətbiq etməkdə fayda vardır.
Alınmış nəticələr: Dünya miqyasında data jurnalistikasının meydana gəlməsi və inkişaf tendensiyası çox uzun bir proses olmuşdur. XIX əsrdə medyana gələn, XX əsrdə inkişaf dövrünü yaşayan bu trend daha çox ABŞ, Böyük Britanitya, Fransa, Finlandiya, Almaniya, Rusiya, və Türkiyədə geniş yayılmışdır. Çünki həmin ölkələrdə sözügedən trendin təcrübədə tətbiq olunması, eyni zamanda təlimi və tədrisi ilə bağlı layihələr də özünü doğrultmuşdur. Əksinə Orta Asiya və Cənubi Qafqaz ölkələrində isə rəqəmsal medianın əsas hissəsi kimi data jurnalistikası bir o qədər də geniş yayılmamışdır. Bu da həmin ölkələrdə data analiz metodlarının tədris olunmaması və media subyektlərində auditoriyanın marağını nəzərə alaraq, xəbər janrının üstün olması ilə bağlıdır. Araşdırma mövzusu ilə bağlı bir sıra nəticələr əldə edilmişdir. Türkiyənin Rating Academy platformasına daxil olan “Journal of Awarness” dərgusinin 2021-ci il 6 (2) sayında “Does Azerbaijani social media use data analysis as news” adlı məqalə dərc olunub (E-ISSN: 2149-6544, https://journals.gen.tr/joa/article/view/1365/982?fbclid=IwAR261- 2w1GjYcXMZTKSAzkaZQJ0_5-RfaQiC3pHS8bsivOJueUu4zywcjH4). 8-9 avqust 2021-ci ildə Polşada keçirilən 4-cü Beynəlxalq “İnterdisciplinary Scientific Research” Avropa Konfransında “Does turkish newspapers tell the stories with data visualization?” adlı məruzə ilə çıxış etmişəm. Məruzəm konfrans materialları dərgisində yayımlanıb (ISBN: 978-625-7720-53-3, https://16e300a7-e9f6-4937-a7f0- 793b8a4a3bf4.filesusr.com/ugd/614b1f_3b6dc8db106c480a8697222872a546ad.pdf). 2022-ci ilin may ayında Index Copernicus International (Republic of Poland)a daxil olan “Pedagogy of creative personality formation in higher and general academic schools” dərgisində “Data journalism education: problems and perspectives in Azerbaijan” adlı məqaləm çap olunub (http://pedagogy- journal.kpu.zp.ua/archive/2022/81/36.pdf).
Elmi tədqiqat işi 8. Azərbaycan Respublikasının rabitə texnologiyalarının əsas xüsusiyyətləri (1991-2011).
Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Məmmədova Arzu Sahib qızı
Aktuallığı: Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı üzrə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün əhəmiyyətini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və quruculuq prosesi sayəsində elektron hökumətin formalaşması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet olan informasiya-kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına daha ciddi şəkildə nüfuz etdi. Müasir dövrdə və gələcəkdə İKT-nin əhəmiyyəti ön plana çıxır. Müasir rabitə və informasiya texnologiyaları respublikamız üçün ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, o cümlədən dünyada gedən inteqrasiya proseslərinə daha fəal cəlb olunması istiqamətində yeni imkanlar açır.
Məqsədi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 sentyabr 2016-cı il tarixdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsinə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqrama uyğun olaraq dövlət orqanlarının informasiya sistemləri arasında məlumat mübadiləsinin təşkili və vətəndaşların elektron hökumətdən istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilib. . dövlət orqanları tərəfindən “bir pəncərə” prinsipi üzrə göstərilən xidmətlər. Hazırda 42 dövlət orqanının informasiya sistemi “Elektron hökumət” portalına qoşulub və portal vasitəsilə həmin qurumların 442-dən çox elektron xidməti göstərilir.
Alınmış nəticələr: Azərbaycanda İKT-nin inkişaf dinamikası, neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə etimadın artması, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın qurulması vəzifələri, böyük diqqət və qayğı İKT üçün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanmasına təminat verir.