Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu Bakı Dövlət Universiteti (BDU) ilə müqavilə bağlayaraq, Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi” təsis edib.

MİMTA Fondu BDU ailə birgə müqavilədə qeyd edildiyi kimi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- BDU-nun nizamnaməsini və MİMTA-nın nizamnaməsini əsas tutaraq, həmçinin medianın maarifləndirmə funksiyasını nəzərə almaqla gənclər arasında birgə maarifləndirici tədbirlərin təşkili və keçirilməsi;

- Azərbaycan mətbuat tarixinin öyrənilməsi və gənclər arasında təbliği;

- Bakı Dövlət Universitetinin professor-müəllim heyəti üzvlərinin BDU-nun və MİMTA-nın təşkilatçılığı ilə “Füyuzat mərkəzi”ndə və digər yerlərdə keçirilən maarifləndirici mühazirələrə cəlb olunması;

- BDU-nun və MİMTA-nın layihələri əsasında “Füyuzat mərkəzi”ndə BDU-nun tələbələri üçün MİMTA-nın əməkdaşları və BDU-nun professor-müəllim heyəti üzvləri tərəfindən təlimlərin, treninqlərin keçirilməsi;

- BDU və MİMTA tərəfindən onlayn media və nəşriyyat-poliqrafiya işi ilə bağlı müxtəlif dərnəklərin təşkili;

- MİMTA-nın əməkdaşları tərəfindən tələbələrin qəzet və jurnal dizaynı bilgilərinin artırılması istiqamətində dərnəklərin təşkili;

- Füyuzat jurnalının və MİMTA-nın digər mətbu orqanlarının yazarları ilə tələbə görüşlərinin təşkili;

- MİMTA-nın mətbu orqanlarında istedadlı tələbələrin və magistrantların təcrübə keçmələri üçün işə cəlb edilmələri.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət