Medianın İnkişafı Agentliyi

Bakı Dövlət Universiteti, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura arasında əməkdaşlıq memorandum imzalanıb. Memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsində Jurnalistika fakültəsinin müəllimləri iştirak edib.

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarlara başlanılıb.

“MEDİAlab” layihəsi çərçivəsində “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı hesabat konfransı keçirilib. Konfransın sonunda fakültənin tələbələrinə sertifikatlar və diplomlar təqdim olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət