QISA BİOQRAFİK MƏLUMAT
- 10 yanvar 1967-ci ildə Siyəzən şəhərində anadan olub.
- 1974-1984-ci illərdə Quba şəhər İsnovqışlaq kənd orta məktəbində oxuyub.
- 1989-1995-ci illərdə BDU-da jurnalistika ixtisası üzrə təhsil alıb.
- 1997-ci ildən Jurnalistika fakültəsinin əməkdaşıdır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2006-cı ildən Multimedia və elektron kommunikasiya kafedrasının dissertantıdır.
- "Azərbaycan televiziyasında müəllif proqramları" mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.
ƏMƏK FƏALİYYƏTİ
- 1995-1997-ci illərdə KTN Aqroekologiya elm mərkəzində işçi kimi çalışıb.
- 1997-2000-ci illərdə BDU, Jurnalistika fakültəsində katibə vəzifəsində işləyib.
- 2000-2004-cü illərdə BDU, Tədris teleradio studiyasında redaktor vəzifəsində çalışıb.
- 2004-cü ildən BDU-da Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasında böyük laborantdır.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan televiziyasında müəllif proqramları
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
- "İtirmə məni" şeirlər kitabı, I hissə, Bakı, 1994
- "İtirmə məni" şeirlər kitabı, II hissə, Bakı, 1995
Məqalələr
- "Televiziyada müəllif proqramlarının yeri". "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2008