ORUCƏLİYEVA GÜNEL İSGƏNDƏR QIZI

ORUCƏLİYEVA GÜNEL İSGƏNDƏR QIZI

ORUCƏLİYEVA GÜNEL İSGƏNDƏR QIZI

Müəllim

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 22 iyun 1983-cü ildə Bakıda şəhərində anadan olub.
  • 1990-2000-ci illərdə Bakı şəhəri Azər Məmmədov adına 115 saylı orta məktəbi bitirib.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • BDU Jurnalistika 2002-2006 (bakalavr)
  • BDU Jurnalistika 2008-2010 (magistr)
  • Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı-2011

ƏMƏK FƏALİYYƏTİ

  • 2002-2004-cü illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı olub.
  • 2007-2008-ci illərdə “Kainat” hazırlıq kurslarında müəllim vəzifəsində çalışıb.
  • 2010-2020-ci illərdə “Jurnalistika” ETL-də elmi işçi vəzifəsində çalışıb.
  • 2014-cü ildə Universitetdaxili "50+50" qrant layihəsinin qalibi olub.
  • 2017-2020-ci illərdə fakültə saytının veb-masteri olub.
  • 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edilib.
  • 2018-ci ildə Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə Fəxri Fərmana layiq görülüb.
  • 2018-2019-cu illərdə BDU-nun Jurnalistika fakültəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təsis etdiyi "Gənc jurnalistlər" Klubu İdarə heyətinin sədri olub.
  • 2020-2022-ci illərdə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2022-ci ildən BDU-nun tarixi muzeyinin müdiridir.

TƏDQİQAT SAHƏSİ

  • Müasir Azərbaycan mətbuatında araşdırma jurnalistikası
  • Azərbaycan mətbuatında janrların dinamikası (transformasiyası)
  • Azərbaycanın müasir KİV sistemində sosial medianın yeri və rolu
  • İnformasiya təhlükəsizliyi KİV kontekstində

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

  • 2012, Krasnodar: Sosial-humanitar və hüquqi istiqamətlər üzrə müasir problemlər
  • 2012, Bakı: Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi
  • 2013, Bakı: Uğurun formulu. "Böyük dayaq" psixolji yardım mərkəzi
  • 2013, Bakı: “Yeni medianın humanitar aspektləri” H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans
  • 2013, Bakı:  Qloballaşma şəraitində sosial problemlərin həlli yolları elmi-praktik konfrans
  • 2014, Bakı: Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri Əlibəy Hüseynzadənin 150 illik yubileyinə  həsr edilmiş elmi-praktik konfrans
  • 2016, Bakı: “Tədqiqat Metodları”; Təhsil Nazirliyi və ADA Universiteti
  • 2016, Bakı: “Elmi tədqiqat nədir və necə aparılır?” adlı seminar
  • 2016, Bakı: “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr” ULUS fondunun Jurnalistika fakültəsi ilə birlikdə təşkil etdiyi konfrans
  • 2017, Bakı: Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları III Beynəlxalq elmi-nəzəri konfrans
  • 2017, Bakı: Ünsiyyət psixologiyası. “İnsayt” praktik psixologiya mərkəzi
  • 2017, Şamaxı: “Heydər Əliyev və Azərbaycanda din siyasəti” regional konfrans
  • 2018, Bakı: “Bloqqer-Vloqqer; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə
  • 2018, Bakı: “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” Milli Mətbuatın 143-cü ildönümünə həsr olunmuş təlim
  • 2018, Bakı: “Rəqəmsal dövrdə jurnalistikanın inkişaf tendensiyaları” Rusiyanın Xalqlar Dostluğu Universiteti ilə Bakıdakı Rus mədəniyyət-informasiya mərkəzinin birgə təşkil etdiyi təlim
  • 2018, Bakı: “Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans
  • 2019, Bakı: "Ədəbiyyatda, elmdə, tarixdə rus dili" adlı tədris seminarları
  • 2022, Bakı, Karabakh III. International congress of modern studies in social sciences and humanities

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

  • Bloq: jurnalistika, yoxsa imitasiya. “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2011
  • Jurnalistikanın nəzəri modelləri. “Xəbərlər” Azərbaycan Müəllimlər İnstitutu. Elmi-metodik jurnalı. № 3, Bakı, 2011
  • Mediada janr anlayışı. “Filologiya məsələləri”. № 8, Bakı, 2011
  • Satirik publisistika janrlarına müasir baxış. “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal. №  4(80), Bakı, 2011
  • Müasir satirik janrlarda sənətkarlıq məsələləri. “Xəbərlər” Azərbaycan Müəllimlər İnstitutu Elmi-metodik jurnalı. № 4, Bakı, 2011
  • Sərlövhə axtarışı yaradıcılıq prosesi kimi, “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal. Bakı, 2012
  • Jurnalist araşdırması janr kimi. “Xəbərlər” Azərbaycan Müəllimlər İnstitutu Elmi-metodik jurnalı. № 1, Bakı, 2012
  • Исследования СМИ Азербайджана в многополярном мире. «Современные проблемы социально-гуманитарных и юридических дисциплин: вклад молодых ученых в развитие науки» I Международная заочная научно-практическая конференция. Краснодар, 2012
  • What is investigative journalism?. “Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi” elmi-praktik konfransının materialları. Bakı, 2012
  • Yeni media-internet jurnalistika. AMİ-nin “Elmi xəbərləri” elmi-metodik jurnal. № 3, Bakı, 2012
  • Müasir mətbuatda araşdırma jurnalistikası haqqında. Bakı Universitetinin Xəbərləri humanitar elmlər seriyası. № 2, Bakı, 2013
  • Jurnalist araşdırması haqqında. “Qloballaşma şəraitində sosial problemlərin həlli yolları” respublika elmi-praktik konfransının materialları. Bakı, 2013
  • Bloq anlayışı və media. “Dil və ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnal. № 1 (89), Bakı, 2014
  • Некоторые этические аспекты журналистского  расследования. Dil və ədəbiyyat beynəlxalq elmi-nəzəri jurnal. №2(90), Bakı, 2014
  • Müsahibənin janr xüsusiyyətləri. “Xəbərlər” Azərbaycan Müəllimlər İnstitutu. Elmi-metodik jurnalı. № 2, Bakı, 2014
  • İnternet mediası və xəbər. “Xəbərlər” Azərbaycan Müəllimlər İnstitutu. Elmi-metodik jurnalı. № 1, Bakı, 2015
  • Jurnalist araşdırmasında informasiya mənbələri ilə iş. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı Slavyan Universiteti. №2, Bakı, 2015
  • Hüseyn Cavidin görkəmli şəxsiyyətlərə həsr etdiyi şeirləri haqqında bir neçə söz H.Cavid: Vətənə qayıdış. Gənclik. Bakı, 2015
  • Bloq - müasir jurnalistika janrı  kimi. Ənənəvi mediadan internet mediaya doğru: problemlər, çağırışlar. “Jurnalistika” ETL-in nəşrlər seriyası. Bakı, 2016
  • Telexəbərin janr xüsusiyyətləri. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №4, Bakı, 2016
  • Социальные сети как феномен современной культуры. Müasir medianın yaradıcılıq prinsiplərini milli mətbuata tətbiqi yolları III Beynəlxalq elmi nəzəri konfransın materialları. Bakı, 2017
  • Azərbaycanda sosial medianın yaranması və inkişafı “Filologiya məsələləri”. №3, Bakı, 2017
  • Vətəndaş jurnalistikası - sosial media. “Filologiya məsələləri”, №6, Bakı, 2018
  • Влияние феномена "социальных сетей" на процессы самоорганизации общества. “Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyası, № 8, “Elm və təhsil” Bakı, 2018
  • Sosial mediada janr problemi. “Jurnalistika” humanitar elmlər seriyası, № 9, “Elm və təhsil” Bakı, 2018
  • Sosial media marketinqi. Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. 209 səh., Bakı, 2018
  • Sosial media marektinqi haqqında. “Jurnalistika” humanitar elmlər seriyası, № 10, “Elm və təhsil” Bakı, 2019
  • Социальные сети как феномен информационного общества. “Jurnalistika” humanitar elmlər seriyası, № 11, “Elm və təhsil”. Bakı, 2019
  • Ənənəvi mediadan sosial mediaya keçid. Filologiya məsələləri. №13, Bakı, 2019
  • “Vətən müharibəsi Bakı Dövlət Universitetinin informasiya kontekstində”, Karabakh III. International congress of modern studies in social sciences and humanities konfransının materialları, Bakı, 2022
Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət