CƏFƏROVA ANZULƏ PƏRVİZ QIZI

CƏFƏROVA ANZULƏ PƏRVİZ QIZI

CƏFƏROVA ANZULƏ PƏRVİZ QIZI

Müəllim

Tel.: +(994) 12 538 66 82

Email: [email protected]

 

QISA BİOQRAFIK MƏLUMAT

•    11 oktyabr 1985-ci ildə anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

•    1992-2003-cü illərdə Bakı şəhəri, 152 saylı orta məktəbdə oxuyub.
•    2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsini bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib.
•    2008-2011-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Publisistik jurnalistika” ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
•    2011-2015-ci illərdə Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının 57201.01 - “Jurnalistika” ixtisası üzrə doktorantı olub.
•    2018-ci ildə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Türkiyə ilə sosial-siyasi əlaqələrin inkişafında Azərbaycan mətbuatının yeri və rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

ƏMƏK FƏALİYYƏTİ

•    2004-cü ildə “Yeni Avrasiya” qəzetində müxbir vəzifəsində çalışıb.
•    2004-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
•    2010-cu ilin martından etibarən Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzetinin redaktoru vəzifəsində çalışır.
•    2011-2018-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika və informasiya siyasəti”, “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedralarında, Azərbaycan Dillər Universitetinin “Filologiya və jurnalistika” fakültəsində saathesabı dərslər aparıb.
•    2018-ci ilin sentyabrından etibarən Bakı Dövlət Universitetinin “Yeni media və kommunikasiya nəzəriyyəsi”  kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
•    10 elmi məqalənin, 2 tərcümə (ingilis dilindən) kitabının müəllifidir.

TƏDRİS ETDİYİ FƏNLƏR

•    Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
•    Jurnalistikaya giriş

TƏLTİFLƏRİ VƏ SERTİFİKATLARI

•    2009-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə və Həmkarlar İttifaqının işində yaxından iştirakına görə Fəxri Fərmanla təltif edilib.
•    2011-ci ildə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tərəfindən rəhbərlik etdiyi “Bakı Universiteti” qəzetində Bakı Dövlət Universitetinin həyatının dolğun işıqlandırılmasında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
•    2013-cü ildə Beynəlxalq ingilis dili imtahanında (İELTS-İnternational English Language Testing System) iştirak edərək sertifikat alıb.
•    2018-ci ildə Bakı Dövlət Universitetində uzun illər səmərəli fəaliyyətinə və yüksək peşəkarlığına, rəhbərlik etdiyi “Bakı Universiteti” qəzetinin yüksək səviyyədə hazırlanmasındakı xidmətlərinə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə Fəxri Fərmanla təltif edilib.
•    2019-cu ildə Cambridge universitetinin bir hissəsi olan Cambridge ESOL tərəfindən təqdim olun TKT – Teaching Knowledge Test (Tədris Bilik və Bacarıqları üzrə Test) imtahanında iştirak edərək sertifikat (Band 3 ) alıb.
•    2019-cu ildə CELTA - Böyüklərə İngilis Dilinin Tədrisi Kursunu müvəffəqiyyətlə başa vuraraq Beynəlxalq müəllimlik sertifikatı alıb.
•    2019-cu ilin dekabrında Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” nə (İnternational Press Card) layiq görülüb.

TƏDQİQAT SAHƏSİ

•    Ölkələrarası sosial-siyasi əlaqələrin inkişafında medianın yeri və rolu

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

•    2010-cu ildə Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən təşkil olunmuş səkkiz aylıq təlim kursunu bitirib və sertifikata layiq görülüb.
•    2011-ci ildə Azərbaycan-Amerika Jurnalistika Akademiyasının üç aylıq kursunu bitirib və sertifikat alıb.
•    2012-ci ildə “Moskva Bəlağət və Natiqlik Bacarığı Universitetinin” metodikası ilə keçirilən “Beyin xəritəsi” treninqində iştirak edib və sertifikat alıb.
•    2012-ci ildə Xarizmatik Natiqlik treninqini bitirib və sertifikat alıb.
•    2013-cü ildə Azercell Telekom MMC-nin dəstəyilə Kaspi Təhsil Mərkəzində təşkil edilmiş bir illik “Jurnalistlər üçün ingilis dili” kursunun ən yüksək (Advanced) səviyyəsini uğurla bitirdiyinə görə qalib gəlib və sertifikatla təltif olunub.
•    2014-cü ildə Malta Respublikasında European School of English kursunda iştirak edib və sertifikat alıb.
•    2017-ci ildə ABŞ səfirliyinin “Discover America” (Amerikanı kəşf et) adlı beş aylıq təhsil proqramında iştirak edib və sertifikat alıb.
•    2017-ci ildə GİPA (Georgian İnstitute of Public Affairs) və Amerika səfirliyinin birgə təşkil etdikləri “Global Reporting Standarts” və “Media Ethics” onlayn təlimlərinə qatılıb və sertifikata layiq görülüb.
•    2018-ci ildə “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı (PR) Forumunda iştirak edib və sertifikat alıb.
•    2018-ci ildə Rusiyanın "Rus reportyorları" adlı təşkilatının "Real jurnalistika məktəbi" kursuna qatılıb və sertifikata layiq görülüb.
•    2018-ci ildə Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz Tədqiqat Resurs Mərkəzinin təşkil etdiyi altı aylıq Data Jurnalistika kursunu bitirib və sertifikata layiq görülüb.
•    2018-ci ildə BMT-nin İnkişaf Proqramı çərçivəsində “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” adlı təlim kursunda iştirak edib və sertifikat alıb.
•    2018-ci ildə GİPA (Georgian İnstitute of Public Affairs) və Amerika səfirliyinin birgə təşkil etdikləri “Photo Journalism” və “Business journalism” onlayn təlimlərinə qatılıb və sertifikata layiq görülüb.
•    2018-ci ildə ADA universitetində ikigünlük “Təhsilin idarə edilməsi” adlı kursda iştirak edib və sertifikat alıb.
•    2019-cu ildə “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə “Gender bərabərliyi və media” mövzusunda konfransda iştirak edib və sertifikat alıb.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

•    Akademik Abel Məhərrəmov. Biblioqrafiya. (Azərbaycan, rus və ingilis dillərində, həmmüəlliflə), Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından. Çaşıoğlu, 512 s., Bakı, 2010
•    25 Nar çubuğu., Şeirlər kitabı, (redaktor), Bakı Universiteti, 102 s., Bakı, 2010
•    Suzanne Collins . “Aclıq oyunları” (The Hunger Games); (tərcümə müəllifi). Qanun, 418 səh., Bakı , 2014
•    Oshonun (Şri Racinişa Bahavana). “Sirlər kitabı” (The Book of Secrets); (tərcümə müəllifi). 1088 səh., Anzulə Cəfərova (643-1087 səh.), Bakı, Qanun, 2018

Məqalələr

•    Türkiyə ilə sosial-siyasi əlaqələrin ilkin dövrünün (1991-1992-ci illər) Azərbaycan mətbuatında inikası. Bakı: Pedaqoji Universitet xəbərləri, №1, 2013
•    The reflection of the social-political relations with Turkey at the initial period (1991-1992 years) in the Azerbaijani press. “Yeni medianın humanitar aspektləri” H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans, 2013
•    Azərbaycan və Türkiyəni ortaq maraq və mənafelər birləşdirir (Milli mətbuatın materialları əsasında ). Bakı: Beynəlxalq hüquq və inteqrasiya problemləri, № 4 (44), 2015
•    Azərbaycan Türkiyə əməkdaşlığı mətbuatda. Ba¬kı: Pedaqoji Universitet xəbərləri, № 2, 2015
•    Azərbaycan-Türkiyə soy-kökdən qaynaqlanan birlik: Milli mətbuatın elmi-siyasi təhlili. Ba¬kı: Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfrans, II cild, 2016
•    Milli mətbuatda Azərbaycan-Türkiyə əməkdaşlığı məsələləri. Ba¬kı: “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans, № 3, 2016
•    Bağımsızlığın ilk yıllarında Azerbaycan-Türkiye ilişkileri Türkiyə: Erciyes aylık fikir ve sanat dergisi. № 41 (481), 2016
•    Türkiyənin Cənubi Qafqaz siyasəti kontekstində Azərbaycanın təhlükəsizliyinə münasibəti milli mətbuatın səhifələrində. Bakı: Tarix və onun problemləri, № 1, 2017
•    Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı zamanın tələbədir (mətbuat materialları əsasında) Bakı: Sivilizasiya, № 1, (33), (həmmüəllif), 2017
•    Отражение социально-политического положения турции в печати Азербайджана на фоне современных событий на ближнем востоке Ukrayna: M.P.Draqomanov adına Milli Pedaqoji universitetinin elmi xəbərləri, № 3 (130), 2018
•    Azərbaycan və Türkiyə arasında əməkdaşlıq dövri mətbuatda. “Jurnalistika” ictimai-siyasi humanitar elmlər seriyası.  №10, Bakı, 2019

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət