MƏHƏRRƏMLİ QULU MƏMMƏDQULU OĞLU

MƏHƏRRƏMLİ QULU MƏMMƏDQULU OĞLU

MƏHƏRRƏMLİ QULU MƏMMƏDQULU OĞLU

Filologiya elmləri doktoru, professor, kafedra müdiri

Tel.: +(994) 539 02 96

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 2 noyabr 1954-ci ildə Zəngilan rayonunda anadan olub.
  • 1973-1978-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.

 ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
  • 2004-cü ildə "Televiziya dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.
  • 2006-cı ildən Multimedia və elektron kommunikasiya kafedrasının professorudur.

ƏMƏK FƏALİYYƏTİ

  • 1978-2007-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb.
  • 1979-cu ildə kiçik redaktor işləmiş, 1981-ci ildə isə "Tədris" televiziya proqramlarının əsas redaksiya heyətində redaktor olub.
  • 1982-ci ildə "Beynəlxalq həyat" redaksiyasının baş redaktoru təyin olunub.
  • 1991-1995-ci illərdə "Xəbərlər" redaksiya heyətində şərhçi, şöbə müdiri müavini və şöbə müdiri vəzifəsində çalışıb.
  • 1995-ci ildə Azərbaycan Televiziyasının siyasi müşahidəçisi təyin edilib, eyni ilin avqust ayından etibarən "Səhər" musiqi-informasiya proqramınıa rəhbərlik edib.
  • 2007-ci ilin aprel ayında "AzTV" QSC-nin "Müəllif verilişləri və xüsusi layihələr" şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 2007-2015-ci illərdə «Xəzər» televiziya və radio şirkətində çalışıb.
  • 1991-ci ildən BDU-da çalışır.
  • 1998-ci ildən Multimedia və elektron kommunikasiya kafedrasına baş müəllim (0,5 şt.) qəbul edilib.
  • 2002-ci ildə dosent, 2006-cı ildə isə professor vəzifəsinə keçirilib.
  • 20-yə yaxın kitabın (o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin), 60-dan çox elmi məqalənin müəllifidir.
  • 2006-cı ildə Respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
  • 60-dan çox məqalə, 5 monoqrafiya, 2 dərslik, 3 dərs vəsaiti, 2 izahlı lüğət, 5 kitab, metodik vəsait və proqramların müəllifidir.
  • Jurnalistika fəaliyyəti ilə bağlı 60-a yaxın xarici ölkədə xidməti ezamiyyətdə olub.
  • 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.
  • 2022-ci ilin dekabr ayından Multimedia və elektron kommunikasiya kafedrasının müdiridir.

TƏDQiQAT SAHƏSİ

  • Ekran-efirin linqvistik sisteminin araşdırılması, teleradio dilinin funksional və struktur təhlili

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

  • İctimai TV-də xəbər proqramlarının monitorinqi - 2007; Açıq Cəmiyyət İnstitutu.
  • Azərbaycanın "Qızıl kitabı" - 2008; Prezident yanında QHT-yə Yardım Şurası.

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

  • 1997 mart, Qudauri, Gürcüstan; Cənubi Qafqaz jurnalistlərinin I Beynəlxalq Konfransı "Media əməkdaşlığı"
  • 1998 noyabr, Moskva, Rusiya; Beynəlxalq konfrans "Qafqazda münaqişələr və media"
  • 2005 iyul, Vyana, Avstriya; Beynəlxalq konfrans "Media və müxtəliflik"
  • 2008 iyun, Tbilisi, Gürcüstan; Beynəlxalq simpozium "Jurnalistika təhsilinin problemləri"

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

  • Radiodramaturgiya dili. Bakı, 1990
  • Televiziya haqqında etüdlər. Bakı, Azərnəşr,1996
  • Deystivie u mikrofona. Elm, Bakı, 1998
  • Televiziya və radio tamaşaları. (A. Dadaşovla birgə). Dərs vəsaiti. Bakı, Təhsil, 1999
  • Televiziya nitqi və ədəbi tələffüz. Təhsil. Bakı, 1999
  • Radio dalğalarında. Azərnəşr, Bakı, 1999
  • Audiovizual nitq. Elm, Bakı, 2000
  • Ekran və ədəbi dil. Tehran, "Zindegi" nəşr, 2001
  • Televiziya dili. Spesifika: funksiya və struktur.  Elm, Bakı, 2002
  • Kino, televiziya, radio terminləri. İzahlı lüğət. Ensiklopediya nəşr., Bakı, 2002
  • İctimai televiziya: tarix, gerçəklik və prinsiplər. Bakı, 2003
  • Kütləvi kommunikasiya və dil. Dərs vəsaiti.  Çaşıoğlu, Bakı, 2004
  • Televiziya jurnalistikasının əsasları. Metodik vəsait.  BDU nəşriyyatı, Bakı, 2005
  • Azərbaycan efiri: Tarix və müasirlik. (Y. Əlizadə ilə birgə). Nurlan, Bakı, 2006
  • Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə. Dərs vəsaiti. Nurlan, Bakı, 2007
  • Jurnalistikanın əsasları. Dərslik. Elm və təhsil, Bakı, 2008
  • Mediada işlənən alınma sözlər. İzahlı lüğət. Elm, Bakı, 2008
  • Radio jurnalistika. Dərslik.  Xəzər nəşriyyatı, Bakı, 2011
  • Jurnalistikanın əsasları. Dərslik (yenidən işlənmiş 2-ci nəşri). Qanun nəşr, Bakı, 2012
  • Radio jurnalistikası. Dərslik.  Xəzər nəşriyyatı, Bakı, 2012
  • Radio jurnalistikası:təməl biliklər. Elm və təhsil, Bakı, 2013
  • Zamanın rəngləri (məqalələr toplusu). Nurlan, Bakı, 2013
  • Məktəblinin alınma sözlər lüğəti. (R.İsmayılovla birgə). Altunkitab” nəşr, Bakı, 2014
  • Jurnalistikanın missiyası. Dərslik.  “Kitab klubu” nəşr., Bakı, 2014
  • Azərbaycan dilinin frazeologiya lüğəti. ( R.İsmayılovla birgə). Bakı, “Altunkitab” nəşr, 2015
  • Ekran və ədəbi dil. Dərslik. Tehran, “Nağm-eyi zendegi” nəşr., 2015
  • Jurnalistika terminləri lüğəti. “Altunkitab” nəşr, Bakı, 2016
  • Radio jurnalistikası (həmmüəlliflərlə). Avropa Şurası. Bakı, 2017
  • Azərbaycan dilinin frazeologiya lüğəti. “Altunkitab”, Bakı, 2018
  • Məsəllər, deyimlər. Etimoloji lüğət. “Altunkitab”, Bakı, 2018

Məqalələr

  • Ekran-efirdə gedən dil prosesləri və nitq mədəniyyətinin problemləri. N.İmanquliyevin 100 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2011
  • İnternet dili necə olmalıdır? “Açıq fikir” universitetində debat. May, (www.afu.az), 2011
  • Принципы выбора новостей в общественном вещании. Материалы международной научно-практической конференции «Средства массовой информации в современном мире. Петербургские чтения». Санкт-Петербург. 2012
  • İctimai yayımda baş xəbərin seçilməsi və düzüm problemi. Qloballaşma dövründə media problemləri. Beynəlxalq konfransın materialları.Bakı, BDU nəşr., 2012
  • Azərbaycan mütəfəkkirləri mətbuat azadlığı haqqında. Qafqaz Universitetinin Elmi əsərləri. Filologiya və pedaqogika.  2012, № 2
  • Vətəndaş mediasının dəyişən paradiqmaları. “Yeni medianın humanitar aspektləri” elmi-praktik konfransının materialları. Bakı, 2013
  • Verilişi professor Fəxrəddin Veysəlli aparırdı. Böyük alim, şəxsiyyət. Bakı, Mütərcim, 2013
  • Jurnalistikada işlənən bəzi terminlər haqqında. Terminologiya məsələləri, №2,  2014
  • Teleradio verilişlərində tələffüz normalarının pozulması. Filologiya məsələləri, №19, 2014
  • Azərbaycan dili düşüncələr, təkliflər. Füyuzat. №5 (79), 2014
  • Bəzi qrammatik formaların tələffüzü haqqında. “Xudafərin” jurn. (Tehran), №1,  Bakı, 2015
  • Ünsiyyət diplomatiyasını anladan kitab. N.Əliyevin “Nə? Necə? Nə vaxt? kitabına giriş məqaləsi. 2016
  • Cümhuriyyət dövrünün mətbuatı. Ankara Universitetinin xüsusi buraxılışı. Ankara, 2018

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət