QISA BİOQRAFİK MƏLUMAT
- 3 oktyabr 1982-ci ildə İsmayıllı rayonunda anadan olub.
- 1989-1999-cu illərdə Bakı şəhəri, Xətai rayonu 63 saylı orta məktəbdə təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- BDU Jurnalistika 1999-2003 (bakalavr)
- BDU Jurnalistika 2003-2005 (magistr)
- “Milli mətbuat tarixi”kafedrasının dissertantı-2007
ƏMƏK FƏALİYYƏTİ
- 2011-2019-cu illərdə BDU “Jurnalistika” ETL-də elmi işçi vəzifəsində çalışıb.
- 2016-2017-ci illərdə Universitetdaxili "50+50" qrant layihəsi çərçivəsində "I dünya müharibəsi illərində Azərbaycan mətbuatı" adlı monoqrafiyası dərc edilib.
- 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar Qrupunun üzvü olub.
- 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edilib.
- 2018-ci ildə Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü münasibətilə Fəxri Fərmana layiq görülüb.
- 2019-cu ildən Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsində çalışır.
- 2020-ci ildən “Milli mətbuat tarixi”kafedrasının 0.5 ştat müəllimidir.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Azərbaycan jurnalistikası tarixi
- Əski Azərbaycan yazısı
TƏDQİQAT SAHƏSİ
- I Dünya müharibəsi illərində Azərbaycan mətbuatı (1914-1917)
- XX əsrin II onilliyində Azərbaycan jurnalistikasının tədqiqi məsələləri
- Azərbaycan mətbuatında milli-istiqlal məfkurəsinin formalaşması prosesi (1914-1918-ci illər)
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2012, Bakı: "Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi"
- 2014, Bakı: “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”
- 2016, Bakı: “Tədqiqat Metodları”; Təhsil Nazirliyi və ADA Universiteti
- 2016, Bakı: “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr” ULUS fondunun Jurnalistika fakültəsi ilə birlikdə təşkil etdiyi konfrans
- 2017, Şamaxı: “Heydər Əliyev və Azərbaycanda din siyasəti” regional konfrans
- 2018, Bakı: “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” Milli Mətbuatın 143-cü ildönümünə həsr olunmuş təlim
- 2018, Bakı: “Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans
- 2018, Bakı: Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans
- 2019, Bakı: "Ədəbiyyatda, elmdə, tarixdə rus dili" adlı tədris seminarları
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
- Nəsir İmanquliyev. Biblioqrafiya. (həmtərtibçi) Bakı, 2011
- M.Ə.Rəsulzadə Əsərləri. III cild, (transliterasiya redaktoru), Bakı, 2012
- M.Ə.Rəsulzadə Əsərləri. IV cild, (transliterasiya redaktoru), Bakı, 2013
- M.Ə.Rəsulzadə Bakı və Azərbaycan tarixinə dair əsərlər. (transliterasiya redaktoru), Bakı, 2013
- N.Yaqublu Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. (transliterasiya redaktoru), Bakı, 2013
- M.Ə.Rəsulzadə Əsərləri. V cild, (transliterasiya redaktoru), Bakı, 2014
- İstiqlal 1918 – 28 Mayıs – 1919. (transliterasiya redaktoru), Bakı, 2014
- Şirməmməd Hüseynov. Biblioqrafiya. (həmtərtibçi), Bakı, 2014
- M.Ə.Rəsulzadə. Biblioqrafiya. 3 dildə. (transliterasiya redaktoru), Bakı, 2015
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). I cild. (transliterasiya redaktoru), Bakı, 2015
- M.Ə.Rəsulzadə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929) I cild. (transliterasiya redaktoru), Bakı, 2016
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). II cild. (transliterasiya redaktoru), Bakı, 2016
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920). III cild. (transliterasiya redaktoru), Bakı, 2017
- I dünya müharibəsi illərində Azərbaycan mətbuatı (1914- may 1918). Monoqrafiya. Qanun nəşriyyatı. Bakı, 2018
- “Dəbistan” jurnalı (1906-cı il). (transliterasiya redaktoru), “Elm və təhsil”, Bakı, 2019
Məqalələr
- Azərbaycan mətbuatında mədəniyyət məsələləri (1914-1917-ci illər). Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №2, Bakı, 2011
- I Dünya müharibəsi illərində Azərbaycan mətbuatında azadlıq məsələsi. Filologiya məsələləri. №8, Bakı, 2011
- XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mətbuatının xarici əlaqələri. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №3, Bakı, 2011
- I Dünya müharibəsi illərində Azərbaycan mətbuatı. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №1, Bakı, 2012
- From the edition history of newspaper “Yeni igbal” (New fortune). Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi I Beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı, 2012
- M.Ə.Rəsulzadə “Yeni iqbal” qəzetinin əsas redaktorlarından biri kimi. Bakı Universitetinin Xəbərləri, humanitar elmlər seriyası №1, Bakı, 2013
- Üzeyir Hacıbəyli “Yeni iqbal” qəzetinin baş redaktoru, əsas jurnalist və publisisti kimi. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №1, Bakı, 2013
- “Şəlalə” jurnalının nəşri tarixindən. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №1, Bakı, 2014
- Mətbuat tariximizdə “Yeni iqbal” qəzetinin yeri və rolu. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. №2, Bakı Slavyan Universiteti, 2015
- I Dünya müharibəsi illərində Azərbaycanda satirik mətbuat. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. №3(95), Bakı, 2015
- Azərbaycanda internet jurnalistikası: müsbət və mənfi yönləri ilə. Ənənəvi mediadan internet mediaya doğru: problemlər, çağırışlar. “Jurnalistika” ETL-in nəşrlər seriyası, Bakı, 2016
- Azərbaycan dövri mətbuatının mövzu dairəsi (1910-1920-ci illər). Filologiya məsələləri. №10, Bakı, 2016
- Azərbaycan mətbuatı tarixi “525-ci qəzet”də. C.Məmmədli. “525” - zamanın işığında. “Zərdabi LTD”, Bakı, 2017
- “Dəbistan” jurnalının nəşri tarixindən. Filologiya məsələləri, №6, Bakı, 2018
- Azərbaycan mətbuatı tarixində reklamçılıq. Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. 209 səh., Bakı, 2018
- Azərbaycan xalq cümhuriyyəti dövründə elm və təhsil. Dünya azərbaycanlıları: tarix və müasirlik 3-cü beynəlxalq konfrans materialları. Bakı, 2019
- Birinci Dünya müharibəsi illərində Azərbaycan mətbuatında müharibə mövzusu (1914-1918-ci illər). “Filologiya məsələləri”, №13, Bakı, 2019