QISA BİOQRAFİK MƏLUMAT
4 iyun 1984-cü ildə Bakı şəhərində anadan olub.
1990-2001-ci illərdə 109 saylı orta məktəbdə təhsil alıb.
2002-2007-ci ildə BDU-nun Jurnalistika fakültəsində təhsil aiıb.
2005-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2002-2007-ci ildə Bakı Dövlət Universiteti - bakalavr pilləsi
2008-2010-cu ildə Naxçıvan Dövlət Universiteti - magistr pilləsi
2015-ci ildən Bakı Dövlət Universiteti - doktorantura
ƏMƏK FƏALİYYƏTİ
2002-2005 Əmrah Bank «Xəzər» filialı- mühasib vəzifəsində
2005-2023-cü illərdə BDU Jurnalistika fakültəsinin dekanlığında iş icraçısı vəzifəsində çalışıb.
2023-cü ildən Mili mətbuat tarixi kafedrasında laborant vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
2013 - Klassik Azərbaycan mətbuatında müstəqil dövlət problemi (1905-1920-ci illər)
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Məqalələr
Elektron jurnalistikasının yaranması və inkişafı. «Azərbaycan müasir KİV sistemi: inkişaf meyilləri və problemlər» elmi-praktik konfransının materialları, 2010
İnformasiya cəmiyyətinin əsas meyarları. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» elmi-praktik konfransının materialları, 2012
Müasir dövrün informasiya yenilikləri. “Jurnalistika ictimai-siyasi humanitar bölümlər seriyası” elmi-praktik konfransının materialları 2014
Azərbaycanda uşaq mətbuatının bugünkü durumu. “Jurnalistika ictimai-siyasi humanitar bölümlər seriyası” elmi-praktik konfransının materialları, 2016
AXC dövrü mətbuatında informasiya siyasətinin prinsipləri. Doktorantların və gənc tədqiqatçıların XXI əsr Respublika Elmi konfransı 24-25 oktyabr 2017
Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün jurnalistikası. “Jurnalistika ictimai-siyasi humanitar bölümlər seriyası” elmi-praktik konfransının materialları, 2017
XX əsrin əvvəllərində Azərbaycan mətbuatında siyasi mübarizənin cəmiyyətə təsiri. “Jurnalistika ictimai-siyasi humanitar bölümlər seriyası” elmi-praktik konfransının materialları, 2017
AXC dövrü mətbuatında dövlət müstəqilliyi məsələləri. Müsəlman Şərqində ilk Parlamentli Respublika-100, Beynəlxalq elmi konfrans, 2018
Azərbaycan mətbuatında ədalət və humanizm prinsipləri. Kitabşünaslıq və redaktor sənəti. Elmi-nəzəri və təcrübi-metodiki jurnal. №1 (8), 2019