QISA BİOQRAFİK MƏLUMAT
- 18 fevral 1969-cu ildə Bakıda anadan olub.
- 1986-cı ildə Bakı şəhəri 52 nömrəli məktəbi medalla bitirib.
- 1986: Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub.
- 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
- 1993-1996-cı illərdə BDU-nun aspiranturasında təhsilini davam etdirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1993-1996: Bakı Dövlət Universitetinin aspiranturası
- 1999-cu ildə "Rus dilindən azərbaycancaya tərcümənin nəzəri problemləri (ictimai-siyasi mətnlərin tərcüməsi əsasında)" namizədlik dissertasiyası müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1992-1993: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tərcümə, televiziya və radio jurnalistikası kafedrasında laborant
- 1997-2004: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tərcümə, televiziya və radio jurnalistikası kafedrasında müəllim.
- 2004 - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında müəllim, dosent
- 2000-2008 -Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Həmkarlar təşkilatı bürosunun müdiri
- 2011-2015 - Bakı Dövlət Universitetinin Beynəlxalq proqramlar şöbəsinin müdiri
- 60-dan çox elmi və publisistik məqalənin müəllifi, 4 kitabın redaktorudur
TƏDQİQAT SAHƏSİ
- Beynəlxalq informasiya mübadiləsi.
- İnformasiya cəmiyyəti və yeni ifadə formaları.
- Mediada gender məsələlərinin işıqlandırılması.
- Silahlı münaqişələrin KİV-də işıqlandırılması.
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 2006, 6-10 mart : "Media və Milliyyətçilik" sessiyası. Mərkəzi Avropa Universiteti. Budapeşt
- 2007, 23-25 aprel: "Media Sistemlərinin Müqayisəsi: Qərblə Şərqin qarşılaşması" konfransı.Vroslav, Polşa
- 2007, 3-5 oktyabr: "Yeni rəqəmsal əsrdə mətbuat və mətbuata dəstək". Elmi-praktik konfrans. Haaqa, Niderland
- 2008, 18-22 fevral: "Samizdat"dan Bloqlaşmaya: siyasi ifadənin yeni formaları" sessiyası. Mərkəzi Avropa Universiteti, Budapeşt
- 2011,16 sentyabr: UNİCEF-in Azərbaycan Respublikasının bir sıra ali məktəblərində (Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Xəzər Universiteti) gerçəkləşdirdiyi layihə çərçivəsində seminarlarda iştirak. 19-20 aprel, 2011. Dublin, İrlandiya;. Budva, Monteneqro.
- 2011, 11 oktyabr: I Bakı Humanitar Forumu: "Qloballaşma dövründə media və mədəniyyət" (çıxış). Bakı,
- 2012, 10 -13 iyun: Beynəlxalq Dil və Kommunikasiya Simpoziumu: Tədqiqatlarda müasir meyllər və çətinliklər. Dil və Kommunikasiya araşdırmaları İnstitutu tərəfindən gerçəkləşdirilən simpozium. İzmir, Türkiyə.
- 2016, 30 sentyabr: Bakı Humanitar Forumu: "Transforming of Journalism for the Information Age and its Role in Ensuring Inter-Civilizational Dialogue" (çıxış), Baku
- 2018, aprel: Türkiyə, “Milleniumda kommunikasiya” simpoziumu
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- 2003 - İndiana Universitetində təcrübə mübadiləsi. Bluminqton, İndiana, ABŞ
- 2006 - "Təhsil şəraitinin yaxşılaşdırılması" proqramı. Beynəlxalq İnkişaf Uğrunda Mississippi Konsorsiumu tərəfindən gerçəkləşdirilmiş mübadilə proqramı. Cekson, Mississippi, ABŞ
- 2009 - “Junior Faculty Development Program” proqramı. Oklahoma Dövlət Universiteti, Oklahoma, ABŞ
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Metodik göstəriş və proqramlar
- Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. (tədris-metodik vəsait) 99 səh. 6,2ç.v., Bakı. 2014
- İnformasiya cəmiyyətində radio və televiziyanın yeri. Proqram (magistr pilləsi üçün). Bakı Dövlət Universitetinin nəşriyyatı. Bakı, 2014
- ABŞ mediası. Proqram (bakalavr pilləsi üçün). Bakı Dövlət Universitetinin nəşriyyatı. Bakı, 2014
- Türkiyə Cümhuriyyətində kütləvi informasiya vasitələri. Proqram (magistr pilləsi üçün). Bakı Dövlət Universitetinin nəşriyyatı. Bakı, 2017
Məqalələr
- Televiziya nitqinə verilən tələblər. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2003
- Televiziya reportajının dil və üslub xüsusiyyətləri. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2003
- Azərbaycan televiziyası yeni informasiya dövründə. X Mərkəzi Avrasiya məsələsi üzrə illik konfransın materiallar. Bloomington, İndiana, ABŞ. 2003
- Televiziya reportajında ekrandakı mətn və təsvirin vəhdəti. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2003
- Televiziya yeni informasiya dövründə. "BDU Xəbərləri", Bakı, 2003
- Klişe televiziya xəbərləri dilində. Azərbaycan mediası bu gün. Bakı, 2004
- Radio üzrə reklamın dil xüsusiyyətləri. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2004
- Medianın dili. Müasir dilçilik problemləri. Beynəlxalq konfransın materialları. Slavyan Universiteti. Bakı, 2005
- Dublyaj edilən filmlərin dili ilə bağlı qeydlər. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2006
- Gender məsələlərini əhatə edən televiziyanın rolu. Davamlı inkişafda gender tədqiqatının rolu. Elmi-praktik konfransın materialları. Bakı, 2007
- UNİCEF-in Azərbaycan Respublikasının bir sıra ali məktəblərində (Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Xəzər Universiteti) gerçəkləşdirdiyi layihə çərçivəsində “Beynəlxalq uşaq hüquqları və jurnalistika” adlı dərs vəsaitinin Azərbaycan versiyasına həmredaktorluq. 2012
- ABŞ-da jurnalların yaranması və inkişafı: əsas mərhələlər. Dil və ədəbiyyat elmi-nəzəri jurnal, № 3, Bakı, 2013
- ABŞ-da həftəlik xəbər jurnalları: yaranması və inkişaf mərhələləri. Dil və ədəbiyyat elmi-nəzəri jurnal. № 4, 0,24 ç.v., Bakı, 2013
- Türk dilindən azərbaycancaya söz və ifadələrin keçməsində yeni kommunikasiya vasitələrinin rolu. Filologiya məsələləri-10, Bakı, 2015
- Media etikası məsələləri yeni kommunikasiya prosesləri kontekstində. Dil və ədəbiyyat. №4, Bakı, 2016
- Yeni kommunikasiya proseslərinin dilə təsiri: bəzi leksik vahidlərin tərcümə xüsusiyyətləri. "Filologiya məsələləri"-11. "Elm və təhsil”. Bakı, 2016
- Yeni kommunikasiya prosesləri və jurnalistika standartları: qeyri-ənənəvi informasiya mənbələri. Dil və ədəbiyyat elmi-nəzəri jurnal. № 4, Bakı, 2017
- Yeni kommunikasiya proseslərinin yazı qaydalarına təsiri: əsas yeniliklər və meyillər. Filologiya məsələləri. №17, Bakı, 2017
- Kütləvi kommunikasiyada yeni meyillər: media konvergensiyası. Bakı Universitetinin Xəbərləri. Humanitar Elmlər seriyası. №3, Bakı, 2018
- Kütləvi informasiya-kommunikasiya vasitələrinin əsas inkişaf mərhələləri: Çap texnologiyalarının yaranması və təkamülü. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. № 4, Bakı, 2018
- Yeni kommunikasiya proseslərinin hərəkətverici qüvvələri: Texnologiyaların informasiyanın çatdırılması və istehlakı üsullarına təsiri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblər arası məqalələr məcmuəsi. №5, Bakı, 2018