İBRAHİMOVA PƏRVANƏ YƏHYA QIZI

İBRAHİMOVA PƏRVANƏ YƏHYA QIZI

İBRAHİMOVA PƏRVANƏ YƏHYA QIZI

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Tel.: (+99412) 432 82 19

Email: [email protected]

 

QISA BİOQRAFİK MƏLUMAT

  • 3 avqust 1977-ci ildə anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub.
  • 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib.
  • 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub.
  • 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının 10.01.10 – “Jurnalistika” ixtisası üzrə dissertantı olub.
  • 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib.
  • 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
  • 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında saathesabı dərslər aparıb.
  • 2007-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir.
  • 2010-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • 20-dək elmi məqalə, 10 kitab və 200-dək publisistik məqalənin müəllifi və tərtibçi-müəllifidir.

TƏDRİS ETDİYİ FƏNLƏR

  • Sosial media
  • Beynəlxalq informasiya hüququ və jurnalistika
  • İctimaiyyətlə Əlaqələr (PR)

TƏDQİQAT SAHƏSİ

  • Beynəlxalq təşkilatların fəaliyyəti
  • Türk dövlətlərinin əməkdaşlığı məsələləri

TƏLTİFLƏRİ VƏ SERTİFİKATLARI

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb (2015);
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə və Həmkarlar İttifaqının işində yaxından iştirakına görə Fəxri fərmanla təltif edilib (2009).
  • Avrasiya Qəzetçilər Dərnəyi və İctimai Fikir Fondu tərəfindən “Təhsillə bağlı informasiyanın mətbuatda yayımında fəaliyyətinə görə” “Qız qalası” Milli Mükafatına layiq görülüb (2010);
  • «Kütləvi informasiya vasitələrində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatların yayılmasına görə» BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən Fəxri fərmanla təltif edilib (2011);
  • Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC tərəfindən Bakı Beynəlxalq Humanitar Forumunun “Sosial jurnalistika və yüksək texnologiyalar” bölməsinin işində xüsusi fəallığına görə Fəxri fərmanla təltif edilib (2011);
  • Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə «BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə» «İlin ən fəal şöbə müdiri» seçilib (2011);
  • Ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər Modern.az saytının sorğusuna əsasən, 2012-ci ildə universitetlərin mətbuat xidmətlərinin fəaliyyətini qiymətləndirib və səs çoxluğuna görə «İlin ən fəal mətbuat xidməti» adına layiq görülüb (2012);
  • Jurnalistlərin Müsahibə Klubunun Facebook qrupunda “2013-cü il üçün hansı universitetin mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə keçirdiyi sorğuda birinci olub (2013);
  • “Təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə” Təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunub (2014);
  • “Universitetin ictimai həyatındakı fəal mövqeyinə və BDU-nun 95 illik yubileyi münasibətilə” universitetin Fəxri fərmanı ilə təltif edilib (2014);
  • Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan "Azərbaycan Universitetləri"nin keçirdiyi sorğunun nəticələrinə əsasən, "2014-cü ilin ən yaxşı mətbuat xidməti" sosial sorğusunda qalib olub (2014);
  • Mətbuat və informasiya şöbəsinin 15 illik yubileyi münasibətilə “Bakı Dövlət Universiteti həyatının dolğun işıqlandırılmasında səmərəli fəaliyyətinə görə” universitetin Fəxri fərmanı ilə təltif edilib (2015);
  • “İctimaiyyətlə əlaqələrin qurulmasındakı səmərəli fəaliyyətinə görə və 15 illik yubileyi münasibətilə” Azərbaycan Mətbuat Şurası tərəfindən Diplomla təltif edilib (2015);
  • "Yeni Zaman" və “Novoye Vremya”qəzetlərinin media mənsubları və sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi sorğuda “Ali təhsil müəssisələrinin ən fəal və ən ünsiyyətcil mətbuat xidməti” nominasiyası üzrə qalib olub (2016);
  • Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan "Azərbaycan Universitetləri"nin 12 ay ərzində statistikalar üzrə öndə olduğuna, universitet xəbərlərinin operativliyi və dəqiqliyinə görə “2016-cı ilin ən yaxşı mətbuat xidməti” nominasiyasında qalib olub (2016);
  • “Mətbuat və informasiya şöbəsinin uğurlu nəticələr əldə edilməsində, KİV-də universitet həyatının dolğun işıqlandırılmasındakı səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildünümü münasibətilə” BDU-nun Fəxri fərmanı ilə təltif edilib (2018);
  • Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Fərmanı ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi  (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı"na layiq görülüb (2019);
  • AzEdu.az təhsil portalının 22 iyul – Milli Mətbuat Günü münasibətilə Təhsildən yazan jurnalistlər arasında keçirdiyi “Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri” nominasiyasında ümumi səslərin 29 faizini toplayaraq birinci yerə layiq görülüb (2019);
  • "Azərbaycan Universitetləri" facebook səhifəsinin 2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin mətbuat xidmətləri arasında məlumatların say baxımından ən çox, keyfiyyət baxımından ən yaxşı, operativliyinə görə ən çevik jurnalisti adına 2-ci dəfə layiq görülüb (2019).

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

  • QHT kadrlarının “İctimaiyyətlə əlaqələr (PR) üzrə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirib və sertifikata layiq görülüb (2011);
  • “British Council” və “PAŞA Bank”ın birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Biznes jurnalistika layihəsi”ndə iştirak edib və London keçirilən yekun təlimdə Birləşmiş Krallığın Thomson Fondunun sədri Lord Chandos tərəfindən sertifikata layiq görülüb (2014);
  • Bakı Dövlət Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən, Jurnalistika fakültəsinin bir qrup müəllimi ilə Türkiyə Respublikasına səfər edib, universitetlərinin jurnalistika fakültələrinin iş və tədris prosesi ilə əyani tanış olub, təcrübə mübadiləsi mövzusunda müzakirələrdə iştirak edib (2015);
  • Azercell Telekom MMC-nin dəstəyi ilə Kaspi Təhsil Şirkətində təşkil edilmiş “Jurnalistlər üçün ingilis dili” kursunu uğurla bitirdiyinə görə sertifikata layiq görülüb (2016);
  • Bakı Dövlət Universiteti ilə Türkiyənin Əskişəhər Anadolu Universiteti arasında imzalanmış müqaviləyə uyğun olaraq, Mövlanə Mübadilə Proqramı çərçivəsində Anadolu Universitetində iki həftəlik təcrübə mübadiləsində iştirak edib, "Beynəlxalq jurnalistika və onun təşəkkül prosesləri" mövzusunda mühazirə oxuyub , Anadolu Universitetinin sertifikatına layiq görülüb (2016);
  • Avropa Şurası və Avropa Birliyinin “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramında iştirak edib və sertifikata layiq görülüb (2017);
  • GİPA (Georgian İnstitute of Public Affairs) və Amerika səfirliyinin birgə təşkil etdikləri “Global Reporting Standarts” onlayn təlimlərinə qatılıb və sertifikata layiq görülüb (2018);
  • BMT-nin İnkişaf Proqramı çərçivəsində “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” adlı təlim kursunda iştirak edib və sertifikat alıb (2018).
  • “1 Millət, 6 Dövlət, Ortaq Media (Türkdilli dövlətlərin media platforması)” beynəlxalq konfransında məruzə edib və sertifikat alıb (2021);
  • “VIII. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu’nda elmi məruzə edib və sertifikat alıb (2021);
  • “Tarixdə şəxsiyyət” adlı XIV Beynəlxalq elmi konfransda məruzə edib və sertifikat alıb (2021);
  • “Karabagh International Congress of Modern Studies In Social And Human Sciences” elmi məruzə edib və sertifikat alıb (2021);
  • “5th International "Communication in the new world"” elmi məruzə edib və sertifikata layiq görülüb (2021);
  • Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda təşkil edilmiş treninqdə təlimçi kimi iştirak edib və sertifikat alıb (2022);
  • ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi 4 aylıq ingilis dili kurslarında iştirak edib və sertifikata layiq görülüb (2022).

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

  • Dumanda itən vətən. Bakı, 2004.
  • A.Məhərrəmov. Biblioqrafiya. (Azərbaycan, rus və ingilis dillərində, həmmüəlliflə) Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından. Çaşıoğlu, 512 s., Bakı, 2010
  • Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında. “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 536 s., Bakı, 2014
  • Бакинский государственный университет: 15 лет в зеркале прессы. Издательско-полиграфический центр «Nurlar», 536 стр., Баку, 2014
  • Baku State University: 15 years in media. “Nurlar” Publishing Center, 552 pp., Baku, 2015
  • Professors of Baku State University. “Baki Universiteti” Publishing House, (Executive editor), 464 pgs, Baku, 2015
  • Профессора Бакинского государственного университета, Издательство “Бакинский Университет”, (Ответственный за выпуск), 504 стр., Баку, 2015
  • Бакинский государственный университет, Издательство “Бакинский Университет”, (Ответственный за выпуск), 652 стр., Баку, 2017
  • Ömür yolu. «Nurlar» Nəşriyyat-poliqrafiya mərkəzi, 360 səh., Bakı, 2017
  • Azərbaycan kimyaçıları. «Bakı Universiteti» Nəşriyyatı. (Redaksiya heyətində), 496 səh., Bakı, 2017
  • Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı (həmmüəlliflə, dərs vəsaiti). Nurlar, Bakı, 2017
  • “BAKI DÖVLƏT UNİVERSİTETİ - 100 illik tarix fotolarda (1919-2019)”, Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 268 s., Bakı, 2019
  • "BAKI DÖVLƏT UNİVERSİTETİ - 100 (fotoalbom), (redaktor-tərtibçi-həmmüəlliflərlə), Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 160 s., Bakı, 2019
  • “BAKI DÖVLƏT UNİVERSİTETİ - 100 ilin elm və təhsil məbədi” (hazarlayanlarla), Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 296 s., Bakı 2019
  • "BAKI DÖVLƏT UNİVERSİTETİ - elmi fəaliyyət və uğurlar", (hazırlayanlarla) Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 256 s., Bakı 2019

Metodik göstəriş və proqramlar

  • Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı. Proqram. Bakı, 2010
  • Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri. Proqram. Bakı, 2017
  • PR texnologiyası və jurnalistika. Proqram (həmmüəlliflə). Bakı, 2014
  • Dünyanın aparıcı informasiya agentlikləri. Proqram (həmmüəlliflə). Bakı, 2017

Məqalələr

  • 1990-1995-ci illər mətbuatında Azərbaycan-BMT münasibətləri, Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası. Bakı, № 4, 2004
  • Mətbuatda ATƏT və Azərbaycan münasibətləri (1990-1995). "Dil və ədəbiyyat" elmi-nəzəri jurnal. Bakı, № 1(39), 2004
  • Azərbaycan-Avropa Şurası münasibətləri Azərbaycan mətbuatında (1990-2000). Dil və ədəbiyyat. Bakı, № 4 (58), 2007
  • Azərbaycan-İKT münasibətləri Azərbaycan mətbuatında (1990-2000). "Dil və ədəbiyyat" elmi-nəzəri jurnal. Bakı, № 1(61), 2008
  • Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mətbuatda işıqlandırılmasının forma və janrları. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri jurnalı. Bakı, № 3, 2008
  • Azerbaycan Basınında Yukarı Karabag Sorununun Çözümlənməsi Süresində AGİK-in Çalışmaları.Türk Dünyası Tarih kültür dərgisi. İstanbul, №267, 2009
  • Daglık Karabag sorununun çözümündə "Мadrid prinsipleri" və Azərbaycan basını. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Hüquq elminin müasir problemləri" II Beynəlxalq konfrans. Bakı, 2010
  • Türkdilli ölkələrin xəbər agentlikləri vahid informasiya məkanında. Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivlərə baxış. BDU. Jurnalistika fakültəsi. N.İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransının materialları. Bakı, 2011.
  • Урегулирование Нагорно-Карабахского конфликта в рамках Минской Группы ОБСЕ и Азербайджанская пресса. Хабарышы вестник. Нацинальной Академии Наук Kaзaxстaн. Алмaты,  № 1, 2012
  • “Müasir inteqrasiya prosesləri”. "Tarix və onun problemləri"jurnalı. “Nəzəri, elmi, metodik” jurnal. Bakı, № 1, 2012
  • Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Minsk qrupu. Yeni medianın humanitar aspektləri. BDU. Jurnalistika fakültəsi. H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, 2013
  • ATƏT-in Minsk qrupu və “İkili standartlar”. "Tarix və onun problemləri" jurnalı. “Nəzəri, elmi, metodik” jurnal. Bakı, № 1, 2014
  • Türkdilli xəbər agentlikləri vahid informasiya məkanında. "Tarix və onun problemləri" jurnalı. “Nəzəri, elmi, metodik” jurnal. № 4, Bakı, 2015
  • Azərbaycanın geosiyasəti əsərinin tipoloji-kontent analizi” (həmmüəlliflə), “Geostrategiya”, Bakı, 2017
  • Sosial medianın toplum üzərində ictimai-siyasi təsirləri (Türkiyə həyatı əsasında) (həmmüəlliflə), Bakı Universitetinin xəbərləri, Sosial-siyasi elmlər seriyası. Bakı, №2, 2018
  • Sosial mediaTürkiyə cəmiyyətinin sosial-siyasi strukturunun inkişafı prosesində(həmmüəlliflə), "Jurnalistika” İctimai-siyasi, humanitar elmlər seriyası, Bakı, №12, 2020
  • Bakı Dövlət Universitetində ictimaiyyətlə əlaqələr təhsili: problemlər və perspektivlər. 7-ci Beynəlxalq Kommunikasiya Günləri çərçivəsində Rəqəmsal Dövrdə Kommunikasiya Təhsili Simpoziumu, İstanbul, 2020
  • Vətən müharibəsi “Al-Jazeera”nın yanaşmasında. “Şah və Mat” Vətən Müharibəsi yerli və xarici mediada, “Jurnalistika” ETL, Bakı, 2021
  • İkinci Qarabağ Müharibəsi: Azərbaycanin informasiya savaşı və beynəlxalq media (həmmüəlliflə), “VIII. Uluslararası Türk Dünyası Araş­dır­ma­ları Simpoziumu, Nigde, 2021
  • İkinci Qarabağ müharibəsi: Türkiyə mediasının yanaşması (həmmüəlliflə), Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyasi” adlı IV Beynəlxalq elmi konfransın materialları, Bakı, 2021
  • Media savadlılığının tədrisinin aktuallığı dünya təcrübəsində (həmmüəlliflə), “Tarixi təcrübə, dövlətçiliyin siyasi, iqtisadi, sosial-mədəni inkişafının əsas meyilləri və perspektivləri” adlı Respublika konfransının materialları, Bakı, 2021
  • Ermənilərin Azərbaycan məscidlərini təhqir etməsi: Azərbaycan və Türkiyə mətbuatının yanaşması. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyət” adlı XIV Beynəlxalq elmi konfransının materialları, Ankara, 2021
  • Möhtəşəm zəfərin ildönümü: Qarabağ torpağı böyük quruculuq və abadlıq meydanına çevrilib. 1 Millət, 6 Dövlət, Ortaq Media (Türkdilli dövlətlərin media platforması) Bey­nəl­xalq humanitar və İctimai elmlər konfransı, Bakı, 2021
  • Beynəlxalq jurnalistikada müasir istiqamətlər (həmmüəlliflə), 5th International "Communication in the new world" congress, Istanbul Beynəlxalq elmi konfransı, İstanbul, 2021
  • Shusha will not only become Azerbaijan, but also the capital of all islamic world. Karabagh International Congress Of Modern Studies In Social And Human Sciences” Beynəlxalq elmi konfransı, Ankara, 2021
  • Türkiyə KİV-i və beynəlxalq media İkinci Qarabağ müharibəsi haqqında. “Nəsir Əhmədli-80”. Media yeni müstəvidə. Bakı, 2022
  • Türk dövlətlərinn vahid informasiya siyasəti: Media platforması. “AZƏRBAYCAN ─ 2026: sosial-iqtisadi inkişaf strategiyası kontekstində media tədqiqatlar” sammiti devizi altında beynəlxalq elmi konfrans. Bakı, 2022
  • The role of social media in the process of development of the socio-political structure of Turkish society and Azerbaijan-Turkey relations. Global Perspectives on Social Media Usage Within Governments, İstanbul, 2022
  • The role of Turkish media in forming public opinion about the Second Karabakh war in Turkey (Türkiye). Наукові праці Міжрегіональної Академії управління персоналом. Політичні науки та публічне управління (İndex Copernicus), Kiyev, № 3 (63), 2022
Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət