QISA BİOQRAFİK MƏLUMAT
• 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.
• 1985-1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə oxuyub.
• 1995-2001 -ci illərdə BDU-da beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alıb.
• 2001-ci ildən BDU-da çalışır.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
• 1995-1999-cu illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb.
• 1999-2001- ci illərdə Bakı Dövlət Universiteti, beynəlxalq jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.
• 2005-ci ildə "Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
• 2017-ci ildə "Müasir dövrdə xarici KIV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
• 1997-2001- ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb.
• 2001-2004 - cü illərdə BDU "Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasında baş laborant vəzifəsində çalışıb.
• 2004-2006-ci illərdə BDU “Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında baş laborant vəzifəsində çalışıb.
• 2006-cı ildən BDU, “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasında 0,5 ştat müəllim, dosent vəzifəsində çalışır.
• 3 tədris-metodik vəsait, 1 monoqrafiya və 3 kitabın müəllifidir.
• 2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi “Gənc jurnalistlərin III Ümumrespublika Müsabiqəsində” elm və təhsil nominasiyası üzrə I yeri qazanıb, fəxri fərmanla mükafatlandırılıb.
• 2010-2017-ci illərdə "Jurnalistika" Elmi-tədqiqat laboratoriyasının müdiri olub.
• Beynəlxalq jurnalist olaraq bloqqer kimi də fəaliyyət göstərir: ziferoglu.blogspot.com
• 2017-ci ildən Jurnalistika fakültəsinin dekanıdır.
• 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 22 İyul Milli mətbuat və Jurnalistika günü münasibətilə təltif edilib.
• 2018-ci ildə "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) alıb.
• 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.
• 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
TƏDRİS ETDİYİ FƏNLƏR
• İctimaiyyətlə əlaqələr
• Xarici ölkələrin müasir KİV sistemi
• Beynəlxalq informasiya mübadiləsi: forma və metodları
• Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri
TƏDQİQAT SAHƏSİ
• Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar
• Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası
• İnformasiya təhlükəsizliyi və informasiya müharibəsi problemi
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
• 2010, Rumıniya: "Uşaq hüquqları və jurnalistika" praktik seminar
• 2010, Lefke (Şimali Kipr Türk Cümhuriyyəti): "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransı
• 2017, Bakı: Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfrans
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
• Dörd anonim mənbə. (həmmüəlliflə), Bakı, 2003
• Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı. Monoqrafiya. Bakı, 2006
• P.K. Kokovtsev. X əsr yəhudi xəzər yazışması. (tərcümə), Bakı, 2009
• Media imperiyası. Monoqrafiya. Bakı, 2012
• Sirr. Tarixi-bədii roman. Bakı, 2013, 2019
• Səfəvilər. Monoqrafiya. Elm və təhsil, Bakı, 2015
• İnformasiya müharibəsi: nəzəri əsasları və manipulyasiya problemi. Bakı, 2019
Metodik göstəriş və proqramlar
• PR texnologiyası və jurnalistika. Proqram. Bakı Dövlət Universiteti. Bakı, 2010
• Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. Proqram. Bakı Dövlət Universiteti. Bakı, 2012
• Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri. Proqram Bakı Dövlət Universiteti. Bakı, 2012
• Xaricdə müxbir məntəqələrinin iş xüsusiyyətləri. Tədris-metodik vəsait. Bakı, 2014
• Beynəlxalq informasiya mübadiləsi: forma və metodları. Tədris-metodik vəsait. Bakı, 2014
• Xarici ölkələrin müasir KİV sistemləri. Tədris-metodik vəsait. Bakı, 2014
• Azərbaycanda siyasi jurnalistikanın təşəkkülü. Tədris-metodik vəsait. Bakı, 2017
Məqalələr
• Qərbi Avropa dillərində türkizmlər. "Jurnalist" qəzeti, № 19, 10 iyun 2003; № 20, Bakı, 2003
• Dil və üslubda gözlənilən etik normalar. Elmi Araşdırmalar. AMEA Şərqşünaslıq İnstitutu. VII buraxılış, Bakı, 2004
• Beynəlxalq jurnalistikada peşə etikasına dair beynəlxalq sənədlər. Dil və Ədəbiyyat. № 5, Bakı, 2007
• İslam və qərb mediası. Din və Dövlət. № 6, Bakı, 2009
• Azərbaycanda informasiya təhlükəsizliyinin təminatı. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, №1, Bakı, 2013
• Qloballaşma və qlobal informasiya məkanı. Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal, №3, Bakı, 2013.
• Qloballaşma şəraitində KİV Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər. №1, Bakı, 2015
• Ermənistanın informasiya müharibəsinin başlıca parametrləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №1, Bakı Slavyan Universiteti, Bakı, 2015
• Dinin yayginlaştirilmasinda çağdaş bilgi teknolojileri (Vatikan öğrneği) Niğde Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi Cilt 8, Sayı 2. 2015
• Rusiya KİV-nin Azərbaycan mediasına təsir istiqamətləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, Bakı Slavyan Universiteti, 2015
• Azərbaycan mediasi qlobal informasiya məkaninda ADPU. Elmi xəbərlər. №1, 2015
• Qərb mediasında Azərbaycanla bağlı manipulyasiya problemi və internet məkanına təsiri. Sivilizasiya. Bakı Avrasiya Universiteti. №2, 2015
• Azerbaycan'a karşı yürütülen bilgi manipulyasyonunun ve savaşının başlıca parametreleri. AKADEMİK BAKIŞ. Uluslararası Hakemli Sosyal Bilimler Dergisi. Sayı : 52, 2015
• Azərbaycan internet medyasında informasiya manipulyasiyası problemi və onun həlli yolları. Azerbeycan internet medyasında bilgi manipülasyonu problemi: neticeler ve çözüm yolları. İletişim Çalışmaları Dergisi. İstanbul Aydın Üniversitesi. 2016
• İnformasiya müharibəsində basılıca kütləvi kommunikasiya modelləri. Mass communication models in the Information War. Salmagundi Journal. Publisher Skidmore College (USA), №1, (thomson imp. fak.1.02), 2016
• Media korporasiyaların fəaliyyətində informasiya ilə manipulyasiya problemləri. Müasir medianın yaradıcılıq prinsiplərinin milli mətbuata tətbiqi yolları. III beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı. 2017
• The problem of the information manipulation in the internet media of Azerbaijan. ISSN 0160-2764. The literary journal of the graduate students of the Department of Philology Faculty at University of California.Mester. Volume 47, no 1, 2018
• İnternet mediada reklamçılıq: formalaşması prinsipləri və başlıca meyarlar. Müasir mediada reklam və marketinq. "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. 209 səh., Bakı, 2018