ETL haqqında

JURNALISTIKA ETL

 

Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya kafedrasının nəzdində olan “Jurnalistika” Elmi-Tədqiqat Laboratoriyası 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində reytinq göstəriciləri yüksək olub, 2021-ci ildə isə ETL-in illik hesabat reytinqi 1115-1130 bala çatıb.

ETL 5 (beş) əməkdaşdan ibarətdir. 

2021-2022- ci illər ərzində ərzində ETL əməkdaşlarının 6 kitabı işıq üzü görüb.

  1. “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması) sosial və ictimai beynəlxalq konfrans ” I cild çap olunub (2021);
  2. “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması) sosial və ictimai beynəlxalq konfrans ” II cild çap olunub (2021);
  3. “ŞAH və MAT Vətən müharibəsi yerli və xarici mediada” (2021);
  4. Professor Sabir Məmmədlinin “Türk xalqlarının müasir mətbuatı” adlı dərs vəsaitini Azərbaycan dilindən rus dilinə tərcümə olunaraq, çap edilib (2021);
  5. “MASS COMMUNİCATİON” (Amerikanın beynəlxalq  Librarityacademy təşkilatında elmi şuradan keçərək saytında yayımlanaraq, çap olunub) (2022);
  6. Dosent Aynur Nəsirovanın “Kütləvi kommunikasiya modelləri” adlı dərs vəsaiti rus dilinə tərcümə olunaraq, çap edilib (2022).

Qeyd: Kitablar Fakültə Elmi Şurasında qeydiyyatdan keçib.

2021-ci ildə ETL dünyanin 7 ölkəsindən 185 elm adamının iştirakı ilə  “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması)“ adlı sosial və ictimai beynəlxalq konfrans (onlayn) keçirib.   

2021-ci ildən hazırki dövrə kimi ETL əməkdaşları 30-a yaxın beynəlxalq nüfuzlu konfransda iştirak (onlayn) edib. Həmin ildən ETL-in dəstəyi ilə DergiPark-da TÜBİTAK ULAKBİM  qeydiyyatında olan Türkiyədə nəşr olunan akademik resenziyalı, beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri tərkibində olan elmi jurnallara 6, Beynəlxalq nüfuzlu elmi təşkilatların elmi şurasına 8 professor-müəllim heyətini üzv edilib. Fakültə müəllimləri və digər humanitar fakültələrin müəllimlərini beynəlxalq konfranslarda məqalə ilə iştirak etməsini təmin edilib. DergiPark-da ETL əməkdaşları TÜBİTAK ULAKBİM  qeydiyyatında olan Türkiyədə nəşr olunan akademik resenziyalı, beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri tərkibində olan bir çox elmi jurnallarında hakimlik edirlər.

Əlaqə
Bakı Dövlət Universiteti, 2 saylı bina 4-cü mərtəbə, 401-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət