“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
2025-ci ilin 14-16 may tarixlərində Bakı Dövlət Universiteti və Türkiyənin Üskudar Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd rəqəmsallaşma ilə media istehsalı və istehlakı proseslərinin transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri barədə müzakirələr aparmaqdır. Bu transformasiya və onun media ekosisteminə təsirləri üzrə əldə olunmuş nəticələrin müzakirə olunacağı konfransın əsas hədəfi kommunikasiya və media sahəsində araşdırmalara əhəmiyyətli töhfə verməkdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Rəqəmsal media və kommunikasiya tədqiqatları;
- Rəqəmsal media və məzmun istehsalı;
- Rəqəmsal əsrdə kommunikasiya təhsili;
- Rəqəmsallaşma və televiziya;
- Rəqəmsallaşma və jurnalistika;
- Sosial media işi;
- Rəqəmsallaşma və kommunikasiya etikası;
- Rəqəmsallaşma və qavrayışın idarə edilməsi;
- Rəqəmsallaşma və reklam;
- Rəqəmsal marketinq;
- Rəqəmsallaşma və ictimaiyyətlə əlaqələr;
- Rəqəmsallaşdırma və dizayn;
- Data mining;
- Rəqəmsallaşma və süni intellekt tədqiqatları;
- Rəqəmsallaşma və kino tədqiqatları;
- Rəqəmsal ekosistem və kommunikasiya elmləri;
- Türk Cümhuriyyətlərində kommunikasiya araşdırmaları;
- Türk Cümhuriyyətlərinin media sistemləri;
- Kiber təhlükəsizlik;
- Dezinformasiya, misinformasiya, “fake” xəbərlər;
- Mediada mülkiyyət və mülkiyyət strukturu, media inhisarları;
- Media və qloballaşma;
- Media və mədəni müstəmləkəçilik;
- Rəqəmsal media əsrində senzura;
- Rəqəmsal əsrdə kommunikasiya.
Tezislərin təqdim edilməsi üçün son tarix: 10 aprel 2025-ci il
Tezislər aşağıdakı elektron poçt vasitəsilə qəbul edilir: |
Tələblər:
- Konfransın Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olan tezisləri nəzərdən keçirəcək;
- Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.
Tezislərin tərtib olunma qaydaları:
- Tezis ingilis dilində təqdim olunmalıdır.
- Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır).
Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14, şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12, şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalıdır. Format: A4; Fayl formatı: *doc, *docx; Şrift: Calibri, şrift ölçüsü 12, interval 1; Sahə: yuxarıdan – 2.7 sm, aşağıdan – 2.0 sm, soldan – 2.0 sm, sağdan – 2.5 sm.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir (məsələn, [2])
Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Communication studies in the Turkic Republics. J of Media and Globalization 2024, 25 (31), p. 34-45.)
Yalnız qəbul olunmuş tezislər dərc olunacaq.
Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr konfrans materialları dərc olunan məcmuəyə daxil ediləcək. Məruzələrin tam mətnləri elektron şəkildə nəşr olunacaq. |
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti, AZ1148, Akademik Zahid Xəlilov küç., 33.
Mob: (+994 50) 3876497 (Whatsapp)