“ARB 24 TV”nin direktoru Radik İsmayılovla görüş
“ARB 24 TV”nin direktoru Radik İsmayılov Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri ilə görüşüb. Fakültə dekanı Vüqar Əliyev və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova qonağı tələbələrə təqdim ediblər.
Radik İsmayılov müasir jurnalistikanın yeni yaradıcılıq trendləri, təməl prinsipləri, televiziya jurnalistikasının özəllikləri, televiziya aparıcısının iş xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verib.
Qonaq eyni zamanda Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti "ARB 24 NewsLab" təlim proqramı barəsində də tələbələri məlumatlandırıb.
Dəvətə görə təşəkkürünü bildirən Radik İsmayılov məzunu olduğu Jurnalistika fakültəsinin tələbələri ilə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Görüş səmimi interaktiv mühitdə davam edib.