JURNALISTIKA ETL
Jurnalistika fakültəsi Multimedia və elektron kommunikasiya kafedrasının nəzdində olan “Jurnalistika” Elmi-Tədqiqat Laboratoriyası 2010-cu ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində reytinq göstəriciləri yüksək olub, 2021-ci ildə isə ETL-in illik hesabat reytinqi 1115-1130 bala çatıb.
ETL 5 (beş) əməkdaşdan ibarətdir.
2021-2022- ci illər ərzində ərzində ETL əməkdaşlarının 6 kitabı işıq üzü görüb.
- “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması) sosial və ictimai beynəlxalq konfrans ” I cild çap olunub (2021);
- “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması) sosial və ictimai beynəlxalq konfrans ” II cild çap olunub (2021);
- “ŞAH və MAT Vətən müharibəsi yerli və xarici mediada” (2021);
- Professor Sabir Məmmədlinin “Türk xalqlarının müasir mətbuatı” adlı dərs vəsaitini Azərbaycan dilindən rus dilinə tərcümə olunaraq, çap edilib (2021);
- “MASS COMMUNİCATİON” (Amerikanın beynəlxalq Librarityacademy təşkilatında elmi şuradan keçərək saytında yayımlanaraq, çap olunub) (2022);
- Dosent Aynur Nəsirovanın “Kütləvi kommunikasiya modelləri” adlı dərs vəsaiti rus dilinə tərcümə olunaraq, çap edilib (2022).
Qeyd: Kitablar Fakültə Elmi Şurasında qeydiyyatdan keçib.
2021-ci ildə ETL dünyanin 7 ölkəsindən 185 elm adamının iştirakı ilə “1 Millət 6 Dövlət ortaq media (Türkdilli dövlətlərin media platformorması)“ adlı sosial və ictimai beynəlxalq konfrans (onlayn) keçirib.
2021-ci ildən hazırki dövrə kimi ETL əməkdaşları 30-a yaxın beynəlxalq nüfuzlu konfransda iştirak (onlayn) edib. Həmin ildən ETL-in dəstəyi ilə DergiPark-da TÜBİTAK ULAKBİM qeydiyyatında olan Türkiyədə nəşr olunan akademik resenziyalı, beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri tərkibində olan elmi jurnallara 6, Beynəlxalq nüfuzlu elmi təşkilatların elmi şurasına 8 professor-müəllim heyətini üzv edilib. Fakültə müəllimləri və digər humanitar fakültələrin müəllimlərini beynəlxalq konfranslarda məqalə ilə iştirak etməsini təmin edilib. DergiPark-da ETL əməkdaşları TÜBİTAK ULAKBİM qeydiyyatında olan Türkiyədə nəşr olunan akademik resenziyalı, beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri tərkibində olan bir çox elmi jurnallarında hakimlik edirlər.